Nida Xəbər
Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik
Xarici İşlər Nazirliyində (XİN) diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda yenilik edilib.
XİN-dən Publika.az-a verilən məlumata görə, müsabiqədə iştirak üçün müraciətlərə baxılması qaydalarında əlavə yenilik tətbiq olunub.
Belə ki, cari tədris ilinin sonuna qısa müddət qaldığı, ali təhsilini başa vurmaqda olan şəxslərin çoxsaylı müraciətləri, həmçinin mərhələli müsabiqə prosesinin müddəti nəzərə alınaraq, ali təhsilini cari tədris ilində başa vuran tələbələrin müsabiqədə iştirak üçün qeydiyyata buraxılmasına şərait yaradılıb. Bununla əlaqədar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birlikdə qeydiyyat sistemində müvafiq texniki uyğunlaşdırma aparılıb.
Bu yeniliklə əlaqədar müsabiqə prosesinin digər mərhələlərində və ümumi şərtlərində hər hansı əlavə dəyişiklik nəzərdə tutulmur. Belə ki, müsabiqə mərhələlərinin nəticələrindən asılı olaraq, yekunda uğur qazanan namizədin işə qəbul olması üçün müəyyən edilmiş sənədlərin (o cümlədən, müvafiq ixtisas üzrə ali təhsil barədə təsdiqedici sənədlər) təqdim edilməsi zəruridir.
Müsabiqədə iştirak etmək üçün DİM-in internet portalında "Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat xidməti" mövcuddur.
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...

















.jpg)


.jpg)

.jpg)














