Nida Xəbər
Azərbaycan-Portuqaliya iqtisadi əlaqələri müzakirə edildi
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Rangel ilə görüşüb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirə aparılıb.
Tərəflər iki ölkə arasında siyasi təmasların və qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bu çərçivədə iqtisadiyyat, ticarət, investisiya, yaşıl enerji və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.
Nazirlər qarşılıqlı şəkildə diplomatik təmsilçiliyin səfirlik səviyyəsinə artırılması qərarlarını məmnunluqla qeyd ediblər.
Eyni zamanda, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin və seçkili orqanlara namizədliklərə dəstəyin əhəmiyyəti qeyd edilib.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, Yaxın Şərqdə vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə25 İyul 19:15Şəhid anası vəfat etdi - FOTO























.jpg)













