Nida Xəbər
“Azərbaycanın inkişaf tempi, məqsədləri və gələcəyə inamı məni heyran edib” - Andrey Babiş
28 May - Müstəqillik Günü münasibətilə Çexiyanın paytaxtında Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən təntənəli qəbul təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Azərbaycanın Çexiyadakı səfiri Yaşar Əliyevlə yanaşı, yüksəksəviyyəli qonaqlar - ölkənin Baş naziri Andrey Babiş və Çexiya parlamentinin aşağı palatasının spikeri Tomio Okamura da iştirak ediblər.
Çexiyanın Baş naziri Andrey Babiş çıxışında bildirib ki, bu gün Azərbaycan və Çexiya arasında münasibətlər əla və dinamik şəkildə inkişaf edir, iki ölkə arasında əməkdaşlıq isə bir çox sahələrdə möhkəmlənməkdə davam edir. O, iştirakçıların diqqətinə çatdırıb ki, iqtisadi əməkdaşlıq ikitərəfli tərəfdaşlığın əsas sütunlarından biridir və Çexiya şirkətləri azərbaycanlı tərəfdaşlarla əməkdaşlığı yüksək qiymətləndirirlər. Çexiya hökumətinin başçısı enerji əməkdaşlığına xüsusi önəm verərək bildirib ki, Azərbaycan Çexiyaya xam neftin ən böyük təchizatçısıdır. A.Babişin sözlərinə görə, enerji təhlükəsizliyinin xüsusi əhəmiyyət kəsb etdiyi indiki şəraitdə Azərbaycan kimi etibarlı tərəfdaşa malik olmaq Çexiya üçün strateji əhəmiyyət daşıyır.
Baş nazir, həmçinin Azərbaycana son səfərini xatırladaraq qeyd edib ki, səfər çərçivəsində Qəbələdə Prezident İlham Əliyevlə görüş keçirilib. O bildirib ki, Çexiya nümayəndə heyətini 40-dan çox şirkətin təmsilçiləri müşayiət ediblər ki, bu da Çexiyanın iqtisadi əlaqələrin daha da genişləndirilməsində və biznes üçün yeni imkanların yaradılmasında maraqlı olduğunu göstərir.
A.Babiş əlavə edib ki, Azərbaycanın inkişaf tempi, ölkənin məqsədləri və gələcəyə inamı onu heyran edib. O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının qonaqpərvərliyini və açıqlığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, Çexiya Azərbaycanla münasibətləri etimad, praktiki əməkdaşlıq və qarşılıqlı fayda əsasında bundan sonra da möhkəmləndirmək niyyətindədir.
Çıxışlardan sonra hər iki ölkənin incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim olunub.





-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.webp)
.png)










.jpg)
.jpg)