Nida Xəbər
Uşaqlar Günü ilə əlaqədar Qarabağa səfər təşkil olundu - VİDEO
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib.
Publika.az xəbər verir ki, şirkətin “Sosial-ictimai məsuliyyət” dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub.
Bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb.
Məlumat üçün bildirək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir.
Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir. Şirkət fəaliyyəti boyu sosial məsuliyyət prinsipinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə və maarifləndirmə layihələri həyata keçirir.
-
İdman12:02Gey olduğunu etiraf edən Şumaxer evləndi - Toydan FOTOLAR
-
Rəsmi xronika11:16Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Elm və təhsil10:54İyunda görünəcək nadir mənzərə: Əvvəlcə Venera ilə Yupiter yaxınlaşacaq, sonra...
-
ABŞ09:44Ağ Ev şiələrin nəzarəti altındadır - Obamaya haker hücumu
-
Sosial09:26Birinci siniflər üzrə son statistika: 4 gün qaldı
-
Magazin207:3055 yaşlı teleaparıcı alt paltarında belə rəqs etdi - VİDEO
-
Dünya03:13Həyatı bahasına cadugər xanımını qəzəbli izdihamdan qorudu
-
Səhiyyə02:42Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı



































