Nida Xəbər
Bakıda cinayət törədən iş adamı müalicəyə göndərildi
Bakıda tanışını öldürməkdə təqsirləndirilən Emil Ağacanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, Emil Ağacanovun cəzadan azad edilərək, barəsində ixtisaslaşdırılmış məcburi müalicənin təyin edilməsini məhkəməyə təklif edib.
Zərərçəkənin vəkili dövlət ittihaçısının təklifi ilə razılaşmayıb. O, istintaqın gedişindən narazı olduğunu bildirib.
Məhkəmədə müşavirədən sonra qərar elan olunub. Emil Ağacanovun qətli anlaqsız vəziyyətdə törətdiyi və psixi problemləri olduğu qənaətinə gəlinib və onun barəsində məcburi tibbi xarakterli tədbirlər görülməsi üçün ixtisaslaşdırılmış müalicə müəssisəsinə göndərilməsinə qərar verilib. Qərara əsasən, o, həmçinin narkotik asılılığından əziyyət çəkdiyi üçün də müalicə alacaq.
Qeyd edək ki, hadisə ötən il avqustun 23-də Bakının Yasamal rayonunda baş verib. Paytaxt sakini İradə Muradovanın meyiti E.Ağacanova məxsus mənzilin hamamında aşkar olunub. Araşdırmaya əsasən, onun E.Ağacanov tərəfindən xüsüsi amansızlıqla qətlə yetirildiyi məlum olub.
Emil Ağacanovun “Chermington Transportation Services” MMC, “AZRENT” MMC, “Caspi Style” MMC və İtaliya brendi “YAMAMAY” mağazasının sahibi olduğu, İradə Muradovanın isə “YAMAMAY” ın icraçı direktoru vəzifəsində çalışdığı bildirilir.
Emil Ağacanova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsüsi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Onun barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilib. Lakin istintaqın gedişində onun cinayəti törədərkən anlaqsız vəziyyətdə olduğu müəyyən olunub. E. Ağacanov psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb olunması üçün polis nəzarətinə verilib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin























.webp)
.png)










.jpg)
.jpg)