Nida Xəbər
Ukrayna dronla hücum etdi: Azərbaycanın 5 vətəndaşı həlak oldu
2026-cı il iyunun 5-nə keçən gecə Azov dənizinin Taqanroq körfəzində iki yük gəmisi — Türkiyədən Rostov-na-Donuya taxıl yükləmək üçün ballast vəziyyətində hərəkət edən “Natra” və “Zirkon” quru yük gəmiləri pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb. Hücumlar nəticəsində beş nəfər həlak olub.
Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı vaxtı ilə saat 04:04-də Taman Dəniz Xilasetmə və Koordinasiya Mərkəzindən daxil olan məlumatda bildirilir.
“”Natra” gəmisinə dörd PUA zərbəsi endirilib, ekipajın iki üzvü həlak olub. Yanğın ekipaj üzvləri tərəfindən söndürülüb, gəmi suyun üzərində qalır və yedəyə alınmasına ehtiyac var. “Zirkon” gəmisinin isə üst tikili hissəsinə dörd zərbə qeydə alınıb, ekipajın üç üzvü həlak olub. Ekipaj üzvləri xilasedici qayıqlarla gəmini tərk edib, gəmidə yanğın davam edir”, — deyə operativ məlumatda qeyd olunur.
“Natra” quru yük gəmisində (Beliz bayrağı altında üzür) 12 nəfər, “Zirkon” quru yük gəmisində (Palau bayrağı altında üzür) isə 14 nəfər olub. Onların hamısı fərdi qaydada muzdlu dənizçi kimi işə götürülmüş Azərbaycan vətəndaşları olub. Hər iki gəmi xarici bayraq altında üzür və Azərbaycan dövlətinə aid deyil.
Hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.
Sağ qalan dənizçilər faciə baş verən ərazidən keçən üç gəmi tərəfindən xilas ediliblər. Səhərə yaxın bütün xilas olunanlar Yeysk limanına çatdırılıb. Suyun üzərində qalan və zədələnmiş “Natra” gəmisinin yedəyə alınması üçün iki yedəkçi gəmi hadisə yerinə göndərilib.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiya bayrağı altında Rostov vilayətindən Krasnodar diyarına üzən "Volqo-Balt" taxıl daşıyıcısına hücum etmişdi. Bir heyət üzvü həlak olmuşdu.
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək























.jpg)













