Nida Xəbər
Geologiya İnstitutuna rəhbərlik ona həvalə olundu - Foto
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq Əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.
Publika.az Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, Elçin Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
O, Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda başlayan Elçin Vəliyev müxtəlif illərdə neft-qaz sənayesi sahəsində çalışıb. 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.
Elçin Vəliyev 102 elmi əsərin, o cümlədən 50 indekslənən elmi məqalənin (25 beynəlxalq), 40 tezisin (25 beynəlxalq), 5 patentin və 8 kitabın həmmüəllifidir. O, 2021-2024-cü illərdə Stanford Universitetinin hazırladığı dünyanın ən nüfuzlu alimlərini əhatə edən top 2 faiz alimlər siyahısında yer alıb.
E.Vəliyev 2024-cü ildə neft-qaz sahəsinin inkişafına verdiyi töhfələrə görə SOCAR prezidenti tərəfindən Fəxri Fərmanla təltif edilib.
-
MDB14:14Taksi sürücüsünə qəribə cərimə yazıldı - Yolda namaz qılıbmış
-
MDB14:00Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO
-
MDB13:56Fransız tarixçi niyə Rusiya vətəndaşlığını seçdi? - İlginc səbəb
-
İqtisadi gündəm13:50"Sədərək" və "Binə"nin satıcıları: "Vəziyyət çox pisdir!" - VİDEO
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək























.jpg)













