Nida Xəbər
Fon der Lyayen Azərbaycana gələcək - Detallar
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen gələn həftə Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Ursula fon der Lyayeni səfərdə Avropa İttifaqının genişlənmə üzrə komissarı Marta Kos müşayiət edəcək. Hazırda o, Ukrayna və Moldovanın Avropa İttifaqına üzvlük prosesinin sürətləndirilməsi istiqamətində fəal fəaliyyət göstərir.
Səfər çərçivəsində Avropa Komissiyasının rəhbərinin Azərbaycanda Prezident İlham Əliyevlə, Ermənistanda isə baş nazir Nikol Paşinyanla görüşü nəzərdə tutulur.
Avropa Komissiyasının sözçüsü Paula Pinho Brüsseldə keçirilən brifinq zamanı fon der Lyayenin səfər planlarını rəsmi şəkildə təsdiqləməsə də, gələn həftə üçün iş qrafikinin cümə günü açıqlanacağını bildirib.
“Politico” qeyd edir ki, Brüssel Cənubi Qafqazı Avropa ilə Asiya arasında strateji əhəmiyyətə malik nəqliyyat dəhlizi hesab edir. Yaxın Şərqdə davam edən gərginlik fonunda regionun geosiyasi əhəmiyyətinin daha da artdığı vurğulanır. Nəşr həmçinin Azərbaycanın Avropa İttifaqı üçün mühüm enerji təchizatçılarından biri olaraq qaldığını qeyd edir.
Mediada yer alan məlumatlara görə, Brüsseldə Ermənistanın Avropa ilə ticarət əlaqələrinin şaxələndirilməsi və Rusiyadan iqtisadi asılılığının azaldılması məqsədilə xüsusi vətəndaş cəmiyyəti qrupu da yaradılıb.
Bildirilir ki, Ursula fon der Lyayen səfəri zamanı regionla bağlı bir sıra yeni Avropa İttifaqı təşəbbüslərini elan edə bilər. Lakin həmin təşəbbüslərin məzmunu hələlik rəsmi şəkildə açıqlanmayıb.
Akqabay
-
Hadisə08:20Şamaxıda zəlzələ oldu
-
İdman06:46Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - FOTO/VİDEO
-
Magazin106:16Xalq artisti 40 il əvvəl İsa bulağında
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü







































