Nida Xəbər
Araz dəhlizi nə vaxt açılacaq?
Prezident İlham Əliyev və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasında görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib.
“Yəqin ki, ümumi siyasi vəziyyət, yeni müharibə təhlükəsi və s.-ə görə dəhlizin açılışı ləngiyir”.
Publika.az xəbər verir ki, bunu “Yeni Sabah”a politoloq Zərdüş Əlizadə bildirib.
“Araz dəhlizi Naxçıvana gediş-gəlişin quru əlaqəsini təmin edəcək. O hər iki dövlətin qarşılıqlı asılılığı, həm də qarşılıqlı faydalılığını artıracaq”, - deyə politoloq əlavə edib.
Layihənin icrasında bütün xərcləri (500 milyon avro) Azərbaycan tərəfi ödəyib. Bu, Naxçıvan əhalisi və ümumən Azərbaycan vətəndaşlarının Araz dəhlizindən sərhəd-gömrük yoxlanışı olmadan keçməsini təmin edəcəkmi?
Z.Əlizadənin fikrincə, layihəyə sərmayəni Azərbaycan tərəfinin qoyması hansısa oxşar mexanizmin düşünüldüyü ehtimalı yaradır.
O, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “nə Rusiya, nə də Çin Araz dəhlizinə paralel olan “Trump yolu”ndan istifadə etməyəcək” bəyanatını da şərh edib:
“Amerika harada yerləşir? Qərb yarımkürəsində. Azərbaycanla Amerikanın arasında 20 min km məsafə var. Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana məsafə 42 km-dir. Bu coğrafiyada Amerikanın nə işi var?!
“Tramp yolu” ona görə çəkilir ki, gələcəkdə Çin və Mərkəzi Asiya ölkələri dəmir yolu ilə öz yüklərini Avropa ölkələrinə daşıya bilsin. ABŞ istəyir ki, bu dəmir yolu üzərində nəzarət əldə eləsin. Bu, bizim milli maraqlara cavab verirmi?
İran da görür ki, Amerika onun sərhədində yerləşir. Buna görə də “Tramp yolu”na etiraz edir.
Ermənistan hakimiyyəti çaşaraq ABŞ-yə "hə" deyib. Amma İran da buna dözümlü yanaşır, çünki bilir ki, Trampın hakimiyyətdə qalmasına 2 il yarım qalıb. TRIPP dəhlizinin isə texniki əsasları hələ işlənməyib. Onun dəqiq marşrutu hələ müəyyənləşməyib. Kim tikəcək, necə tikəcək, hələ texniki layihə hazırlanmayıb. Bütün bunlar yoxdur, 2 il yarıma da bu olmayacaq. Tramp çıxıb gedəcək prezidentlikdən, heç kəsin də yadına TRIPP düşməyəcək”.
-
Nida Xəbər 16:17Yeni generallara rütbələr təqdim olundu - FOTO
-
Nida Təhlil 15:1626 İyun mesajı: Azərbaycan əsgəri yüksək hazırlığa və Vətən sevgisinə sahibdir
-
Sosial14:58Nəriman Həsənzadə reanimasiyaya yerləşdirildi
-
Nida Xəbər 13:59Silahlı Qüvvələr Günündə hərbi qulluqçuların yürüşləri təşkil olundu - FOTO
-
Səhiyyə12:46Təcili diaqnostika əlçatmaz olanda – 60-cı illərin aparatlarından istifadə olunur
-
Sosial12:06Beş yüz min ev üçün ümid – Nəhəng problem həll olunur?
-
Nida Xəbər 11:27İsa Həbibbəylidən Nizaminin əlyazmasına hörmətsizlik: Vatikan nümayəndələri şoka düşdü - VİDEO
-
Nəqliyyat10:14Azərbaycanda servissiz qalan Çin avtomobilləri













.jpg)




















.jpg)