Nida Xəbər
Hesablama Platasında iclas: Auditlə bağlı yeni qərarlar açıqlandı
Azərbaycan Respublikası Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.
Palatadan Publika.az-a bildirilib ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Milli Məclisin deputatı Samir Vəliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov və Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmə rəhbərləri iştirak ediblər.
Kollegiya iclasında auditor Vəfa Mütəllimova tərəfindən təqdim edilən “Azərbaycan Dövlət Aqrar Universitetinin fəaliyyətinin auditinin nəticələrinə dair Auditor hesabatı” müzakirə olunub. Hesabatın təqdimatı çərçivəsində Səmərəlilik auditi şöbəsinin əməkdaşları tərəfindən auditin əhatə etdiyi predmetlər üzrə əsas nəticələrə və müəyyən edilmiş nöqsanlara dair təqdimat edilib. Müzakirələr zamanı Milli Məclisin deputatları tərəfindən auditin nəticələri ilə bağlı bir sıra fikirlər səsləndirilib, təkliflər irəli sürülüb.
Çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru auditin nəticələrinin aidiyyəti sahədə fəaliyyətin təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayaraq, irəli sürülən təklif və tövsiyələrin nəzərə alınacağını qeyd edib.
Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkarlanmış nöqsanların aradan qaldırılması məqsədilə audit olunan qurum tərəfindən zəruri tədbirlərin görülməsinə dair qərar qəbul olunub.
-
Dünya05:15Keçmiş porno aktrisa senator oldu - FOTO
-
Qoroskop03:13Pul xərcləyəndə qazananlar - Maliyyə baxımından ən zəkalı 3 BÜRC
-
Region01:41İran 7 ölkəni HƏDƏLƏDİ - VİDEO
-
Sağlamlıq23 İyul 23:36Bu axşam vərdişi yuxunu pozur
-
Magazin123 İyul 23:24Oksana və oğlu Batumidə xəstəxanaya düşdü
-
Art23 İyul 23:12Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - FOTO
-
Avropa23 İyul 22:36Səudiyyə şahzadəsi Londondakı dəbdəbəli oteldə ÖLÜ TAPILDI
-
İdman23 İyul 22:24Mahir debüt oyununda qol vurdu











.jpg)







.png)

















