Avropa
Səmada daha bir UNO müşahidə edildi
Polşanın Lublin şəhərində və Ukraynanın Volın vilayəti ilə sərhəddə yerləşən kəndlərdə yerli sakinləri qorxuya salan uçan naməlum obyekt (UNO) müşahidə edilib.
Publika.az xəbər verir ki, bu barədə “Fakt” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, gecə saat 2 radələrində UNO-nun gurultulu səsini eşidən sakinlərdən polisə iki məlumat daxil olub. Hər iki müraciət Lublindəki Zemborjitski su anbarı ərazisinə aid olub. Polis və hərbçilər naməlum uçan obyektin axtarışlarını davam etdirirlər.
KİV-in məlumatına görə, uçan naməlum obyekt ilk dəfə Ukrayna ilə sərhəddə yerləşən Okuninka kəndində müşahidə edilib. Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı baş verənlərlə bağlı meteoroloji hadisələr və ya anomal hallar, eləcə də mümkün qaçaqmalçılıq və ya təxribat fəaliyyəti də daxil olmaqla, müxtəlif ssenariləri nəzərdən keçirdiyini bildirib. Açıqlamada vurğulanıb ki, hələlik bu ehtimalların heç biri təsdiqlənməyib.
Oktyabrın 14-də Polşada Baltik dənizinin sahilində uçan naməlum obyekt aşkarlanıb. RMF FM radiostansiyasının məlumatına görə, tapılan obyektin uzunluğu təxminən iki metr olub.
Hüseyn İbadlı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma
-
Dünya01:41Kim Çen Inın lüks yaxtası - Peyk görüntüləri araşdırıldı





































