Sosial
Abşeronda şəhid qəhrəmanlarımızın anım günləri qeyd edilib - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörənliyi, siyasi iradəsi, qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun qələbə qazandığı Vətən Müharibəsində döyüşərək şəhidlik zirvəsinə ucalan Abşeronlu qəhrəmanların anım və doğum günləri qeyd edilib.
Bu barədə Publika.az-a Abşeron Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, RİH-nin məsul əməkdaşları, şəhid ailələri və qazilərlə birgə şəhidlərimiz – Ramil Ağayev, Asif Ataşov, Rufiz Budaqov, Röyal Ələkbərov, Malik Əliyev, Elşad Həsənov, Vüsal Musayev, Şamil Nəcəfov, Daşdəmir Paşayev, İsmayıl Qasımov, Hətəmxan Quliyev, Ülvi Rəhimli, Turqut Xəlilbəylinin il dönümlərində, Vətən Müharibəsi Qəhrəmanı Veysəl Müsibov, Əli Ələkbərov, Hüseyn Həmidzadə və Hüseyn Nəcəfzadənin isə doğum günlərində məzarlarını ziyarət edilib, qəhrəmanlarımız ehtiramla anılaraq ruhlarına dualar oxunub.
Anım günlərində Azərbaycanın Vətən Müharibəsində əldə etdiyi tarixi qələbədən, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən misilsiz abadlıq-quruculuq işlərindən danışılıb, ölkə rəhbəri tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən böyük diqqət və qayğıdan söz açılıb. RİH başçısı Abdin Fərzəliyev şəhid ailələrinin yaşadığı evlərə gedərək ailələrlə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini, həyatlarının hər anında bunu hiss etdiklərini qeyd edərək bütün bunlara görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.






















-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi
-
Magazin206:16Halit, Kılıç, Ersoy Ulubey bir arada - “Kurtlar Vadisi” geri döner
-
Avropa04:14Paşinyan Parisdən Antalyaya gedəcək
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi


















.png)


















