Dövlət büdcəsində pulların hara xərcləndiyi vətəndaşlara izah ediləcək
Bizi izləyin

Nida Xəbər

Dövlət büdcəsində pulların hara xərcləndiyi vətəndaşlara izah ediləcək

Dövlət büdcəsində pulların hara xərcləndiyi vətəndaşlara izah ediləcək

Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında İctimai Şuranın növbəti iclasında Şuranın cari il üzrə Fəaliyyət Planına uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının 2025-ci il dövlət və icmal büdcələrinin icrasına dair “Vətəndaşın Büdcə Bələdçisi” müzakirə edilib.

Publika.az xəbər verir ki, iclası giriş sözü ilə açan İctimai Şuranın sədri İnqilab Əhmədov bildirib ki, dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və ictimai hesabatlılığın gücləndirilməsi Şuranın fəaliyyətində əsas prioritetlərdən biridir. Onun sözlərinə görə, büdcə məlumatlarının sadə və anlaşılan formada vətəndaşlara təqdim edilməsi cəmiyyətin dövlət maliyyəsinin idarə olunması prosesləri barədə məlumatlılığının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı Şura üzvləri qeyd ediblər ki, Maliyyə Nazirliyi əvvəlki illərdə əsasən təsdiq edilmiş dövlət büdcəsinə dair “Vətəndaşın Büdcə Bələdçisi”ni hazırlayaraq ictimaiyyətə təqdim edib. Bu ildən dövlət və icmal büdcələrinin icrasına həsr olunan bələdçinin hazırlanması isə büdcə şəffaflığının artırılması istiqamətində mühüm yenilik və növbəti mərhələ kimi qiymətləndirilib.

Şura üzvlərinin fikrincə, yeni nəşr vətəndaşlara il ərzində dövlət vəsaitlərinin hansı mənbələr hesabına formalaşdığını, hansı istiqamətlərə yönəldildiyini və büdcə vəsaitlərindən necə istifadə olunduğunu daha aydın şəkildə anlamaq imkanı yaradır. Eyni zamanda, nəşr dövlət vəsaitlərinin hansı məqsədlərə xərcləndiyini və büdcə qərarlarının vətəndaşların gündəlik həyatına təsirini izah etməklə ictimai məlumatlılığın artırılmasına xidmət edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm