Dünya
İtaliya Makronun təşəbbüsünə "yox" dedi - Roma hərbçi göndərməyəcək
İtaliya Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə 2026-cı ilin payızında keçirilməsi planlaşdırılan “könüllülər koalisiyası”nın birgə hərbi təlimlərində iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri İtaliya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Romanın qərarı baş nazir Corcia Meloni hökumətinin əvvəlki mövqeyinə uyğundur. İtaliya hakimiyyəti öz hərbçilərinin Ukraynaya göndərilməsinə qarşı çıxmaqda davam edir.
Məlumata görə, Makron “könüllülər koalisiyası”na daxil olan ölkələrin liderlərinin videokonfransı zamanı 2026-cı ilin oktyabr-noyabr aylarında birgə təlimlər keçirilməsi planını açıqlayıb. Müzakirələrdə Ukrayna nümayəndələri də iştirak edib.
Nəşrin mənbələrinin sözlərinə görə, İtaliya bu təşəbbüsə qoşulmaq niyyətində deyil. Romanın mümkün hərbi kontingentin Ukraynada yerləşdirilməsi ilə bağlı mövqeyi dəyişməyib.
Qeyd edək ki, “könüllülər koalisiyası”nın iştirakçıları münaqişə başa çatdıqdan sonra Ukraynaya çoxmillətli qüvvələrin göndərilməsi niyyətlərini daha əvvəl təsdiqləyiblər. Lakin mümkün kontingentin sayı hələ açıqlanmayıb.
Müəllif: Adəm
-
Kriminal03:44Canlı yayımda söyüş söyən şəxs saxlanıldı
-
MDB02:19Rusiyada dəhşətli yanğın: matəm elan olundu - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: hər şey sizin xeyrinizə dəyişəcək
-
İdman28 Sentyabr 22:18Bir dövr, iki fərqli sonluq: Messi zirvədə vidalaşır, Ronaldo isə…
-
Nida Xəbər 28 Sentyabr 22:0437 yaşlı yeni başçının dosyesi
-
Nida Xəbər 28 Sentyabr 18:37Gədəbəyə də icra başçısı təyin edildi
-
MDB28 Sentyabr 13:36Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
-
Hadisə28 Sentyabr 13:27Əvəz Zeynallı vəfat etdi


































.jpg)
.jpg)
