Nida Xəbər
Pakistanla hüquq-məhkəmə sahəsində əməkdaşlıq müzakirə edildi
Konstitusiya Məhkəməsində Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə Publika.az-a Konstitusiya Məhkəməsindən məlumat verilib.
Bildirilib ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qonaqları salamlayaraq Azərbaycanla Pakistan arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O qeyd edib ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və hər iki ölkə beynəlxalq təsisatlarda bir-birini dəstəkləyir.
Sədr bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında formalaşmış qarşılıqlı anlaşma strateji müttəfiqliyin inkişafı, ikitərəfli əməkdaşlığın genişlənməsi və əlaqələrin yeni məzmunla zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.
Məlumata görə, F.Abdullayev görüşdə Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərarların qəbul olunması proseduru, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin rolu, eləcə də hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin olunması istiqamətində görülən işlər barədə məlumat verib. O, konstitusiya məhkəmələri arasında peşəkar dialoqun, təcrübə mübadiləsinin və hüquqi əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
A.Malik isə Azərbaycanla Pakistan arasında dostluq münasibətlərinin hər iki xalq üçün önəm daşıdığını və hüquq-məhkəmə sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Nazir Azərbaycanda hüquq sahəsində həyata keçirilən islahatların nəticələrini yüksək qiymətləndirdiyini, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. O, qarşılıqlı səfər və görüşlərin iki ölkə arasında hüquq və məhkəmə sahəsində əməkdaşlığın genişlənməsinə, həmçinin konstitusiya nəzarəti sahəsində qabaqcıl təcrübə mübadiləsinin davam etdirilməsinə töhfə verəcəyinə əminliyini bildirib.
Görüşdə məhkəmə təcrübəsində müasir hüquqi yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşma və süni intellektin məhkəmə sisteminə tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)


















.jpg)
.jpg)