Nida Xəbər
Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərin icrası ilə bağlı - Sərəncam
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 2026-cı il 30 iyun tarixli Qanunun icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.
Publika.az xəbər verir ki, Sərəncama əsasən, qanunvericiliyin yeni dəyişikliklərə uyğunlaşdırılması üçün aidiyyəti dövlət qurumları qarşısında konkret tapşırıqlar qoyulub.
Belə ki, Ədliyyə Nazirliyi Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti ilə razılaşdırmaqla, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının yeni qanuna uyğunlaşdırılması barədə təkliflərini 5 ay müddətində hökumətə təqdim etməlidir.
"Mərkəzi icra hakimiyyəti orqanları dörd aydan gec olmayaraq, Qanunun icrasını təmin etmək məqsədilə öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görüb, normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etsinlər və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat versinlər.
Həmçinin Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə altı ay müddətində Nazirlər Kabinetinə məlumat versin", - Sərəncamda qeyd olunub.
-
MDB01:11Putindən MESAJ: "Rusiya Avropa ilə müharibə istəmir, amma..."
-
İdman00:45Ronaldo het-trik edərək karyerasının 985-ci qolunu vurdu
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bir qohumdan gələn xoş xəbər sizi sevindirəcək
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR












.jpg)


















.jpg)
.jpg)