Nida Xəbər
Rusiya mediasındakı addımlar strateji tərəfdaşlığa zərər vurmaq məqsədi daşıyır - Samir Vəliyev
"Azərbaycan diasporunun bəzi nümayəndələrinin Rusiyadan deportasiya edilməsi və "Moskva 24" telekanalındakı anti-Azərbaycan yönümlü reportajlar iki ölkə arasındakı münasibətlərə zərər vurmağa yönəlib. Bununla belə, hesab edirəm ki, bu vəziyyət strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına səbəb olmayacaq".
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputatın fikrincə, Rusiyada bəzi dairələr bu addımlarla Bakının müstəqil xarici siyasətinə təzyiq rıçaqları yaratmağa çalışır. Media üzərindən aparılan kampaniyalar və diaspor liderlərinin sıxışdırılması iki tərəf arasında imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin ruhuna ziddir və rəsmi Bakının etirazlarına səbəb olur. Digər tərəfdən, Rusiya miqrasiya qanunvericiliyini sərtləşdirməklə orada yaşayan çoxsaylı azərbaycanlıların üzərindən rəsmi Bakıya qarşı dolayı təsir imkanı əldə etmək istəyir. Lakin belə addımlar Azərbaycan ictimai rəyində anti-Rusiya meyillərinin artmasına səbəb olur. Təsadüfi deyil ki, Azərbaycan cəmiyyətində və mediasında Rusiyanın bu hərəkətləri qeyri-dost addım kimi qiymətləndirilir, bu da ictimai rəydə şimal qonşusuna qarşı narazılığı artırır.
Millət vəkilinin sözlərinə görə, dövlət başçılarının son telefon söhbətində və xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya səfəri zamanı ölkələrimizin problemli məsələləri həll etdiyi bəyan olunub. Azərbaycan Hava Yollarına məxsus mülki təyyarənin Rusiya səması üzərində vurulmasından sonra tərəflər arasında yaranmış müəyyən gərginliyin arxada qalxdığı rəsmi şəxslər tərəfindən dəfələrlə səsləndirilib. Amma belə çıxır ki, Rusiyada müəyyən dairələr gərginliyin davam etməsində maraqlıdır.
Samir Vəliyev qeyd edib ki, Azərbaycan bütün qonşuları ilə normal, mehriban və bərabərhüquqlu münasibətlərin davam etməsinin tərəfdarıdır. Rusiya ilə bağlı yaranan hansısa məsələlərin səbəbkarı da ölkəmiz deyil. Yaxşı olar ki, rəsmi Moskva gərginliyə yol aça bilən halların qarşısını almaq üçün Rusiya daxilində müəyyən qüvvələrə qarşı tədbirlər görsün.
"Azərbaycan güclü dövlətdir və heç kim ölkəmizlə təzyiq dili ilə danışa bilməz. Buna cəhd edənlərlə bağlı ölkəmiz tərəfindən tədbirlər görülüb və görüləcək. Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən bugünlərdə atılan addımlar da bunun göstəricisidir" - deyə, deputat vurğulayıb.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)