Nida Xəbər
Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət etdi
Ukraynanın sabiq Prezidenti Viktor Yuşenko Bakıya səfəri çərçivəsində ölkənin ali rəhbərliyi ilə görüşlərlə yanaşı, Azərbaycan paytaxtının bir sıra mədəni və tarixi məkanlarını da ziyarət edib.
Publika.az Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin sosial şəbəkələrdəki bəyanatına istinadən xəbər verir ki, Yuşenko 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı həlak olmuş ukraynalı təyyarəçi, Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin xatirəsini anıb.
Ukraynanın sabiq prezidenti Şəhidlər xiyabanını da ziyarət edib.
Bundan başqa, Yuşenko "Suraxanı" gəmi-muzeyində olub və orada Ukraynanın birinci xanımı Yelena Zelenskayanın təşəbbüsü çərçivəsində yaradılmış Ukrayna audio və video irsi ilə tanış olub.
Yuşenko həmçinin Bakıdakı Ukrayna Mərkəzində "Müharibə obyektivin gözü ilə" adlı foto-sərginin açılışında iştirak edib. Ekspozisiya Azərbaycan Fotoqrafları Birliyi ilə birlikdə hazırlanıb.
Diplomat xatırladıb ki, 2022-ci ildə Ukraynada səfərdə olan azərbaycanlı fotoqraflar Famil Mahmudbəyli və Əziz Kərimov Rusiya zərbələrinin nəticələrini və ukraynalıların müharibə dövründəki həyatını lentə alıblar.
Qusev həmçinin xatırladıb ki, səfər çərçivəsində Viktor Yuşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşü baş tutub.
"Tərəflər regionda və dünyada mövcud vəziyyəti, Ukrayna ilə Azərbaycan arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi yollarını, həmçinin ticari-iqtisadi və humanitar təşəbbüsləri müzakirə ediblər", - səfir yazıb və Yuşenkonun Bakı səfərinin artıq başa çatdığını əlavə edib.
Bununla yanaşı, Qusev vurğulayıb ki, Ukrayna Azərbaycan rəhbərliyi və xalqnın dəstəyini yüksək qiymətləndirir və iki dövlət arasında dostluq və tərəfdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsində maraqlıdır.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)