Nida Xəbər
Sərhəd Mühafizəsinin 107-ci ildönümü təntənəli şəkildə qeyd edildi - FOTO/VİDEO
Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, silsilə tədbirlər çərçivəsində “Elite Events Hall”da Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu siyasi-strateji kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, həyata keçirilən ardıcıl və genişmiqyaslı islahatlar nəticəsində ölkəmizin sərhəd mühafizə sisteminin müasir tələblərə cavab verən yüksək səviyyəyə çatdırıldığı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən vurğulanıb.
Daha sonra Dövlət Sərhəd Xidmətinin rəisi Sərhəd Mühafizəsinin yaranmasının 107-ci ildönümü münasibətilə şəxsi heyəti təbrik edərək Azərbaycan sərhədçilərinin dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması işini şərəflə yerinə yetirdiklərini böyük qürur hissi ilə qeyd edib.
Bildirilib ki, sərhədçilərimiz Vətən müharibəsində döyüş meydanında nümayiş etdirdikləri igidlik və yüksək peşəkarlıqla şanlı Zəfərimizin qazanılmasına mühüm töhfə verib, Azərbaycan sərhəd mühafizəsinin tarixində yeni qəhrəmanlıq salnaməsi yazmışlar. Azərbaycan sərhədçisinin Vətənimizin quru və dəniz sərhədlərinin etibarlı mühafizəsini təmin etməklə yanaşı, dövlət sərhədində yarana biləcək istənilən təhdidə çevik və qətiyyətli cavab verməyə, dövlətimizin təhlükəsizliyinin etibarlı təminatçısı kimi qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları şəxsi heyətə elan edilib, zabitlərə ali hərbi rütbələr təqdim olunmuş, xidməti-döyüş fəaliyyətində fərqlənən hərbi qulluqçular orden və medallarla təltif edilib.
Sərhədçilərin xidmətinin daim yüksək qiymətləndirilməsinə, şəxsi heyətə göstərilən ali diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olunub.
Tədbirin bədii hissəsində Azərbaycan sərhədçisinin keçdiyi şərəfli xidmət yolunu, Vətən müharibəsində göstərdiyi qəhrəmanlığı, dövlət sərhədlərinin etibarlı mühafizəsi istiqamətində görülən işləri və müasir sərhəd mühafizə sisteminin imkanlarını əks etdirən film nümayiş olunmuş, vətənpərvərlik ruhunda musiqilər ifa edilib.
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)