Nida Xəbər
Meloni İlham Əliyevə təşəkkür etdi
İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevə hökumət başçısı kimi ölkə tarixində ən uzun müddət vəzifədə qalması münasibətilə ünvanladığı təbrikə görə təşəkkür edib.
Publika.az xəbər verir ki, Meloni bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.
“Təşəkkür edirəm, əziz Əliyev, bu sözlərə və xalqlarımızı birləşdirən səmimi dostluğa görə”, – deyə İtaliya hökumətinin başçısı yazıb.
Meloni bildirib ki, son illərdə İtaliya və Azərbaycan ortaq baxışlar və maraqlar əsasında möhkəm əməkdaşlıq münasibətləri formalaşdırıb.
“Strateji tərəfdaşlığımızın möhkəmləndirilməsi istiqamətində birlikdə gördüyümüz işlə çox fəxr edirəm və əminəm ki, qarşıda bizi xalqlarımızın maraqları naminə yeni mühüm əməkdaşlıq imkanları gözləyir”, – deyə o qeyd edib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi










.jpg)
.jpg)









.jpg)















