Nida Xəbər
BMT rəsmisi: Qarabağa gəlib bunları görmək çox təsirlidir
Biz BMT olaraq Qarabağda daha çox iş görməliyik.
Publika.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko Teleqraf-a açıqlamasında bildirib.
O, Qarabağa ilk səfəri olduğunu qeyd edib və bölgədə gördüklərinin onda böyük təəssürat yaratdığını deyib:
“Bu, mənim Qarabağa ilk səfərimdir. Biz BMT olaraq Qarabağda işləməliyik. Buna görə də burada vəziyyətin necə olduğunu və nə edə biləcəyimizi öz gözlərimlə görmək mənim üçün çox vacib idi”.
BMT rəsmisi Qarabağın təbiətinin gözəlliyini vurğulayıb:
“İlk növbədə, buradakı gözəl mənzərədən çox təsirləndim. Hazırda təbiətin yaşıllıq içində olduğu gözəl mövsümdür. Qarabağa gəlib bunları görmək çox təsirlidir”.
D.Şlapaçenko bölgədə hələ də çoxlu dağıdılmış evlərin olmasının isə onda fərqli təəssürat yaratdığını deyib:
“Eyni zamanda, hələ də çoxlu dağıdılmış evlərin olduğunu görmək məni məyus etdi. Bu, burada nələrin baş verdiyi barədə müəyyən təsəvvür yaradır”.
O, Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərini də yüksək qiymətləndirib:
“Azərbaycan hökumətinin Qarabağda gördüyü böyük səyləri hiss etdim. Yolları, tunelləri, bütün yeni infrastrukturu gördük. Bütün bunlar mənə çox şey düşünmək imkanı verdi”.
BMT rəsmisi bildirib ki, səfərdən sonra təşkilatın Qarabağda daha çox fəaliyyət göstərməsi ilə bağlı əminliyi daha da artıb:
“Biz BMT olaraq Qarabağda daha çox fəaliyyət göstərməyə çalışırıq. Əvvəllər də buna əmin idim, amma bütün bunları öz gözlərimlə görmək mənim üçün çox güclü mesaj oldu”.
-
MDB15:58Putin: "Dünyanı "çiçəklənən bağ"a və "vəhşi cəngəlliyə" bölməyə öyrəşənlər..."
-
Region15:14Paşinyan göldən poza verdi - VİDEO
-
Avropa15:05Qara dənizdə nə baş verir? - NATO hava kəşfiyyatına başladı
-
MDB14:30Rusiyada təyyarə evin bağçasına düşdü - Ölənlər var-FOTO
-
Nida Xəbər 13:33Tacikistan səfiri: “Bu, Prezident İlham Əliyevin böyük xidmətidir!"
-
MDB13:22Ukrayna bu yaşayış məntəqəsini itirdi
-
Region13:11Pakistanın Ermənistandakı ilk səfiri o oldu
-
Ekologiya12:36Sabahın hava proqnozu açıqlandı

























.jpg)

.jpg)







