Avropa
Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
Avropa İttifaqında enerji qiymətlərinin rekord həddə yüksəlməsi səbəbindən bu qış təxminən 50 milyon insan istilik xərclərini ödəməkdə çətinlik çəkəcək.
Publika.az “444.hu” nəşrinə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen Budapeştdə səfərdə olarkən bildirib.
Komissarın sözlərinə görə, istilik xərclərini ödəyə bilməyən insanlar yemək almaqla evlərini isitmək arasında seçim etməli olacaqlar.
Yorgensen qeyd edib ki, Avropanın enerji idxalından asılılığı və dünya bazarındakı qeyri-müəyyənlik qışın çətin keçəcəyi riskini artırır. O, enerji və mənzil böhranlarının gələcək nəsillərin həyat səviyyəsinə də mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Rusiya qazının Ukrayna münaqişəsi başa çatdıqdan sonra yenidən alınması ehtimalına münasibət bildirən komissar Moskvanın etibarlı tərəfdaş olmadığını deyərək bu addımın əleyhinə çıxış edib.
Müəllif: Adəm Abbaslı
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










