Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq
Bizi izləyin

İqtisadi gündəm

Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq

Gələn il yaşayış minimumu və ehtiyac meyarı bu qədər olacaq

027-ci ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi müəyyən olunub.

Publika.az xəbər verir ki bu, “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2027 il üçün ölkə üzrə yaşayış minimumu 314 manat, əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün 274 manat müəyyən ediləcək.

Ehtiyac meyarının həddi də 314 manat proqnozlaşdırılır.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdi.

Bu o deməkdir ki, 2027-ci il üçün ölkə üzrə yaşayış minimumu 14 manat artırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm