Nida Xəbər
Həyat yoldaşımla ildə azı iki dəfə Qarabağa gəlirik - Moldova səfiri
Bu, mənim Qarabağa ilk səfərim deyil. Həyat yoldaşımla birlikdə ildə azı iki dəfə buraya gəlirik. Hər dəfə də işlərin yaxşı getdiyini görməkdən sevinc və xoş duyğular keçiririk.
Publika.az xəbər verir ki, bunu Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko Azərbaycan diplomatik korpusunun nümayəndələrinin Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Azərtac-a müsahibəsində deyib.
Diplomat Azərbaycanın regionda həyata keçirdiyi bərpa işlərinin sürətlə getdiyini qeyd edib.
“Azərbaycanda nə qədər böyük səylərin, vəsaitin və resursların buraya yönəldildiyini, bərpa işlərinin nə qədər sürətlə aparıldığını görürük. Ən başlıcası isə səsləndirilən rəqəmlərdir. Artıq Qarabağ Universitetində 3000-dən çox tələbə təhsil alır. Bu da şəhərə həyatın qayıtdığını göstərir”, - deyə o vurğulayıb.
Səfirin sözlərinə görə, Şuşanın və Xankəndinin gələcək inkişaf üçün böyük potensialı var:“Hesab edirəm ki, Azərbaycanın mədəniyyət paytaxtı olaraq Şuşanı və onun yaxınlığında yerləşən Xankəndini böyük gələcək, potensial gözləyir. Mədəni və tarixi obyektlərin bərpası ilə yanaşı, bu işlərin necə böyük həssaslıq və ehtiramla həyata keçirildiyini də görürük. Burada həyat var, bu şəhərlər yaşayır. Onlar öz gözəlliyi ilə sevindirir. Təbii ki, biz böyük məmnuniyyətlə mütəmadi buraya gələcəyik”.
Azərbaycan-Moldova münasibətlərinin perspektivlərindən danışan Aleksandr Yesaulenko bu ilin payız aylarında ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcək səfərlərin gözlənildiyini bildirib. O, həmçinin Azərbaycanın Moldovanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. “Azərbaycan sübut edib ki, enerji bazarında belə çətin və dəyişkən bir dövrdə enerji təhlükəsizliyi baxımından etibarlı tərəfdaşdır. Buna görə də gündəliyimiz daha sıx və məzmunlu olmalıdır, biz bu istiqamətdə çalışacağıq”, - deyə Aleksandr Yesaulenko diqqətə çatdırıb.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"



























.jpg)
.jpg)










