Nida Xəbər
Əli Əsədov AİB nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov sentyabrın 14-də Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, maliyyə naziri Sahil Babayevin də iştirak etdiyi görüşdə Azərbaycan ilə AİB arasında formalaşmış uzunmüddətli və qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyəsi məmnunluqla qeyd olunub.
Nəqliyyat, enerji, su təchizatı, maliyyə, təhsil, səhiyyə və digər sahələrdə birgə həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, dövlət–özəl tərəfdaşlığı mexanizmi çərçivəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.
2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyası Azərbaycan-AİB əməkdaşlığının yeni mərhələsi üçün mühüm çərçivə kimi dəyərləndirilib, enerji, nəqliyyat və su infrastrukturu üzrə nəzərdə tutulan yeni layihələrin ölkəmizin uzunmüddətli inkişaf prioritetlərinə uyğunluğu diqqətə çatdırılıb.
Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































