Nida Xəbər
Qərbi Azərbaycan İcması Ermənistanın reaksiyasını pislədi
Qərbi Azərbaycan İcması Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura son səfərinə Ermənistanın kəskin reaksiya verməsini qətiyyətlə pisləyir və bunu ölkənin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlik kimi qiymətləndirir.
Publika.az xəbər verir ki, bu barədə İcmanın bəyanatında qeyd olunub.
Bildirilib ki, Azərbaycan və Ermənistanın sülhə doğru yaxınlaşdığı bir vaxtda bu cür dağıdıcı addımlar sülh prosesinə zərbə vurur, qarşılıqlı etimadı zədələyir və revanşist qüvvələrin dəyirmanına su tökür:
"Qərbi Azərbaycan İcması Ermənistanın bu yanaşmasını Azərbaycanın daxili işlərinə müdaxilə cəhdi və irredentizmin yenidən alovlandırılmasına yönəlmiş addım hesab edir. Bu, eyni zamanda, Ermənistanın sülh və normallaşma prosesində səmimi olmadığını göstərir.
Erməni cəmiyyəti Azərbaycanın suveren əraziləri və tarixi mövzular ilə bağlı əsassız iddialar səsləndirmək əvəzinə, ilk növbədə, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin mədəni-tarixi irsin inkar və təhrif edilməsinə, eləcə də dağıdılmasına son qoyulmasına diqqət yetirməlidir. Bu, iki ölkə və cəmiyyət arasında davamlı sülhün bərqərar olmasına xidmət edən əməli addım olardı".
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?
-
Hadisə05:45Şabranda qədim qəbiristanlıqda nə baş verib? - Şeyxin məzarı açıldı
-
İdman05:15Avropa Liqasının favoritləri - Superkompüter açıqladı























.jpg)










