Nida Xəbər
FHN-in Aran Regional Mərkəzi mülki müdafiə kursları keçirdi - FOTO
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, mülki müdafiə kurslarının keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.
Mülki müdafiə kurslarında iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.
Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO

































.jpg)










