Nida Xəbər
Diplomatik missiya ilə Azərbaycana gələnlərlə bağlı yeni qayda
Diplomatik missiya ilə bağlı Azərbaycana gələn şəxslərlə bağlı qanuna dəyişiklik olunur.
Publika.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların orqanlarının, bölmələrinin və nümayəndəliklərinin əcnəbi və ya vətəndaşlığı olmayan heyət üzvləri və onlarla birlikdə yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan ailə üzvləri, həmçinin Azərbaycana diplomatik missiya və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən şəxslər 15 gündən artıq Azərbaycanda müvəqqəti olduqda, onların qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçiriləcək.
Qeyd edilib ki, yuxarıda adları sadalanan şəxslərin Azərbaycanda qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu maddəyə təqdim edilən yeni dəyişikliyə əsasən, sadalanan həmin şəxslərin siyahısı daha da dəqiqləşdirilir, onların qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməsi üçün Azərbaycanda 15 gündən artıq olma müddəti müəyyən edilir.
Bununla yanaşı, həmin kateqoriya şəxslərin qeydiyyatı həyata keçirilərkən onlara qeydiyyat vəsiqəsinin verilməsi qaydaları, habelə bu vəsiqələrin doldurulması və verilməsi prosedurunun mövcud məlumat-axtarış sistemindən istifadə edilməklə həyata keçirilməsi, müvafiq elektron sistemə (Vahid Miqrasiya Məlumat Sistemi) məlumatların yerləşdirilməsi qaydaları təkmilləşdirilir, bununla da rəqəmsal xidmətlərdən istifadənin dairəsi daha da genişləndirilir.
Layihədə həmçinin yuxarıda qeyd olunan şəxslərin qeydiyyat vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi, habelə həmin şəxslərin qeydiyyatı qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməsi tələbi müəyyənləşdirilir.
Layihədə 25-ci maddəyə təklif edilən digər dəyişikliklərdə isə rəsmi səfər məqsədi ilə verilən giriş vizasının şamil olunduğu şəxslərin siyahısı daha da dəqiqləşdirilir. Layihədəki digər dəyişiklik (42.9-cu maddəyə edilən dəyişiklik) normativ aktın müddəaları arasında uyğunluğun təmin edilməsi məqsədi daşıyır.
-
Nida Xəbər 14:30Onlara da xüsusi rütbə veriləcək
-
Qoroskop13:1440 yaşdan sonra taleləri dəyişir: Bu 3 bürcü böyük dönüş gözləyir
-
Rəsmi xronika13:14İlham Əliyev Hakan Fidanı qəbul etdi - FOTO
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir







.png)
.png)

.jpg)








.jpg)


















