Nida Xəbər
Gürcüstan mediası İlham Əliyevin bəyanatlarını geniş işıqlandırdı
Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri Şurasının üzvlərindən və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdə səsləndirdiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
Publika.az AZƏRTAC-a istinadla xəbər verir ki, Gürcüstanın “imedinews.ge”, “newshub.ge”, “1tv.ge”, “rustavi2.ge” portalları və televiziyaları dövlətimizin başçısının Avropa Şurası və Avropa Parlamenti ilə bağlı açıqlamalarını xəbər lentlərinə çıxarıb, onun fikirlərindən sitatlar dərc edib və videomateriallar yayımlayıblar.
“İmedinews.ge” telekanalının xəbər portalı Prezident İlham Əliyevə istinadla yazır: “Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o, Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb. Avropa Parlamenti bax, bu islamofoblardan ibarətdir və bu da daim diqqət mərkəzində olmalıdır”.
Portalın başqa bir xəbərində Prezident İlham Əliyevin Azərbaycanın Avropa Şurasına üzv olması və qarşılaşdığı problemlərlə bağlı fikirlərinə yer verilib: “Azərbaycan çox nadir müsəlman ölkələrindəndir ki, Avropa təşkilatlarında iştirak edir. Ona görə biz bilirik orada nələr baş verir. Avropa Şurasının üzvü olaraq biz bu ədalətsizliklərlə üzləşmişdik, üzləşirik və yəqin ki, üzləşəcəyik. Bizə qarşı elan edilməmiş bu qarayaxma kampaniyası heç vaxt dayanmayacaq. Nə üçün? Çünki biz heç kimin qabağında baş əymirik və əyməyəcəyik, öz sözümüzü deyirik, öz milli mənliyimizi qoruyuruq, öz həyat tərzimizi qoruyuruq. İmkan vermirik ki, xalqımıza və dinimizə yad olan bəzi meyillər Azərbaycanda kök salsın. Mənəviyyat keşikçiləriyik. Bax, buna görə bizə qarşı bu kampaniyalar aparılır”.
“Newshub.ge”, “1tv.ge” portalları və “rustavi2.ge” kanalı da həm efirdə, eləcə də sosial şəbəkə hesablarında eyni mövzuda materiallar yayıb.
Materiallarda dövlətimizin başçısının Avropa Parlamentindəki korrupsiya qalmaqalına istinad etdiyi, qurumun həmin hadisələrə münasibətilə yanaşı, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə olan mövqeyini tənqid etdiyi bildirilib.
-
Kriminal19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Elm və təhsil18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ
-
Nida Xəbər 14:40Hərbi vəzifəlilərin NƏZƏRİNƏ! - Baş nazirdən QƏRAR
-
Dünya14:02Qarşıdan gələn qış Avropa üçün ağır keçə bilər: Qaz çatışmazlığı riski artır
-
Sosial13:28İlham Əliyev MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
Sosial13:24Qadınlar işdə səhvlərini niyə etiraf etmirlər? - Səbəb cəza deyil, kişi...


































.jpg)

