Nida Xəbər
Ramiz Mehdiyevin işində onlar da dindirilib
Uzun illər Azərbaycanın siyasi hakimiyyətində mühüm postlar tutmuş Ramiz Mehdiyev gələn həftə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılacaq.
Publika.az "qafqazinfo"ya istinadən xəbər verir ki, 88 yaşlı "Boz kardinal"ın cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilmiş şəxslərdən bəzilərinin adlarını öyrənib.
Bunlar Ramiz Mehdiyevin Bakı Dövlət Universitetində kafedra müdiri işləyən qızı Kamilə Əliyeva, kürəkəni İlham Əliyev, ləğv edilmiş "Bank BTB"nin əsas səhmdarı olan gəlini Nigar Mehdiyeva, "Bank BTB"nin Müşahidə Şurasının sədri və bankın səhmdarlarından biri Sadiq Rza İsmayıl, "Şərq-Qərb" Nəşriyyatının direktoru Sevil İsmayılova, AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimdir.
Sözügedən şahidlər hamısı DTX-də dindirilib. Onların məhkəmə istintaqı zamanı da şahid qismində ifadə verəcəkləri gözlənilir.
İlk iclas sentyabrın 21-i Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Qeyd edək ki, Ramiz Mehdiyev uzun illər Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, daha sonra isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifələrində çalışıb.
Hazırda Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, külli miqdarda rüşvət alma və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ittihamları ilə təqsirləndirilir.
Onun ittiham olunduğu maddələrdən ikisinin sanksiyasında ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bununla belə, Azərbaycan qanunvericiliyinə əsasən, cinayət törədərkən 65 yaşdan yuxarı şəxslər ömürlük məhkum edilə bilməz.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı














.webp)


















