Nida Xəbər
Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin baş katibi Casurbek Çoriyevi qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə Azərbaycan ilə TRACECA arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regionda nəqliyyat və kommunikasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Ceyhun Bayramov Azərbaycanın TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verdiyini, ölkəmizin Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının inkişafında fəal rol oynadığını qeyd edib. Bu çərçivədə, Azərbaycanın əlverişli coğrafi mövqeyinin, müasir nəqliyyat infrastrukturunun, tranzit imkanlarının səmərəli və dayanıqlı inkişafa mühüm töhfə verdiyi bildirilib.
Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində nəqliyyat infrastrukturunun inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, dəmir yolu və avtomobil nəqliyyatı bağlantılarının təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib.
Orta Dəhlizin potensialının daha da artırılması, marşrut üzrə yükdaşımaların həcminin genişləndirilməsi, tranzit prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması, habelə iştirakçı ölkələr arasında koordinasiyanın gücləndirilməsinin vacibliyi vurğulanıb.
Tərəflər həmçinin regional nəqliyyat bağlantılarının inkişafı imkanları, eləcə də digər qarşılıqlı maraq doğuran mövzularda fikir mübadiləsi aparıblar.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi






























.jpg)








