Nida Xəbər
Zakir Fərəcov səyyar qəbulda vətəndaşların müraciətlərini dinləyib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərinin yerində öyrənilməsi və onları narahat edən məsələlərin operativ həlli məqsədilə növbəti səyyar qəbul keçirib.
Publika.az xəbər verir ki, şəhərin 4-cü mikrorayonunda təşkil olunan görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərin idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, eləcə də sakinlər iştirak ediblər.
Qəbul zamanı sakinlərin müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Vətəndaşların qaldırdıqları məsələlər, əsasən, yaşayış binalarının və məhəllədaxili ərazilərin abadlaşdırılması, kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, eləcə də digər sosial-məişət problemləri ilə bağlı olub.
Zakir Fərəcov sakinlərin müraciətlərini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib. Həlli əlavə araşdırma tələb edən müraciətlərin nəzarətə götürülməsi və nəticələri barədə vətəndaşların məlumatlandırılması tapşırılıb.
Görüşdə şəhərdə həyata keçirilən abadlıq-quruculuq işləri, yaşayış məhəllələrində infrastrukturun yenilənməsi və əhalinin rahatlığının təmin olunması istiqamətində görülən tədbirlər barədə də məlumat verilib. Bildirilib ki, sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin mərhələli şəkildə aradan qaldırılması və şəhər təsərrüfatının müasir tələblərə uyğun inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Səyyar qəbul zamanı vətəndaşlarla birbaşa ünsiyyətin əhəmiyyəti vurğulanıb, bu cür görüşlərin sakinlərin müraciətlərinin yerində öyrənilməsinə və aidiyyəti qurumlarla vətəndaşlar arasında operativ əlaqənin təmin edilməsinə xidmət etdiyi qeyd olunub.
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
































.jpg)








