Nida Xəbər
YAP Yasamal rayon təşkilatının konfransı keçirildi - FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının XII konfransı keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Konfransda YAP Yasamal rayon təşkilatının ötən beşillik fəaliyyətinə dair hesabat təqdim olunub, görülmüş işlər, əldə edilmiş nəticələr və qarşıda duran vəzifələr müzakirə edilib.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yolundan, partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıb. Qeyd edib ki, 1992-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan YAP ötən dövr ərzində böyük inkişaf yolu keçib və bu gün sıralarında 700 mindən çox üzvü birləşdirən Azərbaycanın ən böyük siyasi təşkilatıdır.
Bəxtiyar Nəbiyev bildirib ki, YAP Yasamal rayon təşkilatı da yarandığı gündən etibarən partiyanın qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsində fəal iştirak edib. 20 fevral 1993-cü ildə fəaliyyətə başlayan rayon təşkilatı hazırda 103 ərazi partiya təşkilatını və 33 mindən çox üzvü özündə birləşdirir.
Hesabat dövründə rayon təşkilatının fəaliyyətinin daha da genişləndirildiyini vurğulayan Bəxtiyar Nəbiyev partiya fəallarının ictimai-siyasi, sosial və digər tədbirlərdə fəal iştirak etdiyini qeyd edib. Bildirib ki, xüsusilə son illərdə YAP Yasamal rayon təşkilatı ilə rayonun ictimai qurumları və dövlət strukturları arasında əməkdaşlıq daha da gücləndirilib.
Konfransda çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı tarixi xidmətlərindən danışıb.
Elşad Həsənov çıxışında Ulu Öndərin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və sabahın partiyasıdır” fikrini xatırladaraq bildirib ki, bu ifadənin səslənməsindən ötən təxminən 30 il ərzində həmin siyasi uzaqgörənliyin nə qədər böyük əhəmiyyət daşıdığı bir daha öz təsdiqini tapıb.
YAP-ın Azərbaycanın ən çətin və taleyüklü dövründə xalqın təkidli tələbi ilə yaradıldığını vurğulayan Elşad Həsənov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi və müəyyən etdiyi inkişaf strategiyası bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Yasamal RİH başçısı rayon təşkilatı ilə qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışaraq qeyd edib ki, 2025-ci ildə Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə 56 tədbir keçirilib. Bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Elşad Həsənov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası qalib Azərbaycanın partiyasıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi Zəfər ölkənin milli maraqlarına əsaslanan siyasətinin mühüm nəticələrindən biridir.
Elşad Həsənov YAP Yasamal rayon təşkilatının bundan sonra da partiyanın prinsiplərinə sadiq qalaraq dövlətimizin inkişafına və cəmiyyətimizin rifahına xidmət edən fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.
Konfransda daha sonra YAP rəhbərliyinin nümayəndələri və natiqlər hesabat dövründə görülən işlərin əhəmiyyətindən, partiya təşkilatlarının fəaliyyətinin gücləndirilməsindən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda YAP Yasamal rayon təşkilatının fəaliyyətinin daha da təkmilləşdirilməsi, partiya üzvlərinin ictimai-siyasi fəallığının artırılması və qarşıdakı dövr üçün müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq qərarlar qəbul edilib.
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
ABŞ09:27Onun adı Trampın görüş siyahısına daxil edilmədi
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu
-
İdman06:46Maradonanın həkimindən şok açıqlama: Ölümündən əvvəl nə edib?
-
ABŞ02:19Qrenlandiya ilə bağlı böyük razılaşma: ABŞ-a geniş səlahiyyətlər verildi
-
Qoroskop01:40Günün ulduz falı: səbirsizliyiniz pik həddə çatacaq
-
Hadisə18 Sentyabr 21:26Sumqayıtda dəhşətli qəza: 4 yaşlı uşaq öldü
-
Magazin118 Sentyabr 20:36Əməkdar artist vəfat etdi - Yeniləndi







.jpg)

























.jpg)



