Nida Xəbər
Hərbi qulluqçularımız Pakistanda keçirilən təlimlərdə uğurla iştirak etdi
Azərbaycan Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Müdafiə Qüvvələri Qərargahı arasında imzalanmış "Azərbaycan-Pakistan 12-ci İşçi Qrupu Səviyyəli Görüşün Protokolu"na əsasən, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) bir qrup hərbi qulluqçusu Pakistanda keçirilən “Birgə xüsusi əməliyyat qüvvələri təlimində” iştirak edib.
Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Kəraçi şəhərində keçirilən təlimdə xüsusi təyinatlılar terrorçu qruplar tərəfindən ələ keçirilmiş gəminin azad olunması, girovların xilas edilməsi və dalğıc fəaliyyəti üzrə tapşırıqları icra ediblər.
Qeyd edək ki, təlim Azərbaycan və Pakistan hərbi qulluqçuları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, iştirakçı dövlətlərin standart əməliyyat qaydaları ilə tanışlıq, praktiki atışların və dəniz əməliyyatlarının real döyüş şəraitinə uyğunlaşdırılması, eləcə də antiterror əməliyyatları zamanı qarşılıqlı fəaliyyətin uzlaşdırılmasının təmin olunması məqsədilə keçirilib.
Ölkəmizi təmsil edən HDQ-nin hərbi qulluqçuları təlimin planına uyğun olaraq pakistanlı hərbçilərlə qarşılıqlı uzlaşma şəraitində qarşıya qoyulmuş bütün tapşırıqları müvəffəqiyyətlə və yüksək peşəkarlıqla yerinə yetiriblər.
Təlimin sonunda iştirakçılara sertifikatlar verilib, xatirə şəkilləri çəkdirilib.
-
Nida Xəbər 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Hadisə17:17Deputat Arzuxan Əlizadənin oğlu məhkəməyə belə gətirildi - VİDEO
-
Avropa16:55Vuçiçin anasına hücum etdilər
-
Digər16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto
-
Ekologiya15:19Şahbuz və Ordubada qar yağdı - FOTO

















.png)
.jpg)


.jpg)














_(1).jpg)









