Nida Xəbər
Şantajçı baş redaktorlar bəraət istəyir
Hədə-qorxuda təqsirləndirilən “turantv.az” saytının rəhbəri Ramin Sadıqlı və “bölgeinfo” saytının təsisçi və baş redaktoru Vüqar Quliyevin barəsindəki qərardan kassasiya şikayəti verilib.
Publika.az pravda.az-a istinadla xəbər verir ki, şikayət Ali Məhkəmənin hakimi İlqar Qılıcovun sədrliyi ilə araşdırılacaq.
Proses oktyabrın 15-nə təyin edilib.
Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Xatırlatma: Ramin Sadıqlı və Vüqar Quliyevi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi cinayət məsuliyyətinə cəlb edib. Onlar bir neçə vətəndaş barəsində rəhbərlik etdiyi saytlarda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb etməkdə təqsirləndirilir. Daxil olan şikayətlər üzrə aparılan araşdırmalarla onlara qarşı CM-in 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham verilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Sadıqlı 6 il 3 ay və Vüqar Quliyev isə 6 il müddətə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayətləri qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Hökmdən bir neçə zərərçəkmiş şəxslərə qarşı təkrar hədə-qorxu ilə tələb etmə cinayət əməlinin törədilməsinə görə epizodlar üzrə təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olan bir qrup halında iştirak etmələrinə dair hissələr, o cümlədən əməlin CM-in 182.2.1-ci maddəsinə tövsif edilməsinə dair maddəalər xaric olunub. Həmin epizodlar üzrə verilmiş ittihama görə Ramin Sadıqlı CM-in 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun əvvəlki hökmü də qismən birləşdirilib.
Nəticədə Ramin Sadıqlıya qəti olaraq 5 il 3 ay müddətə azadlıqdan məhrumetmə cəzası və 2 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında, o cümlədən kommersiya və qeyri-kommersiya təşkilatlarında rəhbər vəzifə tutma və həmin fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilmə cəzası təyin edilib.
Eyni zamanda, Vüqar Quliyev Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 5 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ









.jpg)

.jpg)



.jpg)






















