Aliment ödənişləri 23 yaşa qədər uzadılsın - Təklif
Bizi izləyin

Sosial

Aliment ödənişləri 23 yaşa qədər uzadılsın - Təklif

Aliment ödənişləri 23 yaşa qədər uzadılsın - Təklif

Nikahın pozulması halında ali məktəbdə təhsil alan uşaqlar üçün aliment ödənişlərinin 18 yaşdan 23 yaşa qədər uzadılması təklif olunub.

Publika.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, qanunvericiliyə əsasən, ailə başçısını itirən uşağa 18 yaşına qədər, əyani təhsil aldıqda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət ödənilir:

"Lakin nikahın pozulması halında aliment yalnız 18 yaşa qədər ödənilir. Belə olan halda ali məktəbə qəbul olan gənclərin təhsil xərcləri ilə əlaqədar dəstəyə ehtiyacı olur. Ona görə də, alimentin verilməsi müddətinin artırılmas məqsədəuyğun olardı".

Milli Məclisin sədri Sahibə Qafarova isə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə deputatın təklifi haqda arayış hazırlayıb, təqdim etməyi tapşırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm