Nida Təhlil
Yaqub Mahmudovun 35 il əvvəlki yazısı ÜZƏ ÇIXDI - Nələr ört-basdır edilib?
Araşdırmaçılar Nazim Xəlilov və Elnur Nəciyev akademik Yaqub Mahmudovun 35 il əvvəlki məqaləsini (German Vamberinin “Əmir Teymur” əsərinin Azərbaycan dilində 1991-ci il nəşrinə ön söz) üzə çıxarıblar.
Publika.az həmin məqaləni ixtisarla oxuculara təqdim edir:
“Xaç müharibələri (1096-1270) dövründən başlanan xristian hegemonluğu siyasəti Allahın hər cür sərvət, xeyir-bərəkət bəxş etmiş olduğu Şərq xalqlarını öz zəngin vətənlərində yoxsulluq girdabına salmış, Avropa dövlətləri qarşısında ələbaxımlı vəziyyətdə qoymuşdur.
Avropamərkəzçilik siyasəti dünya hegemonluğunu əldə saxlamaq niyyətilə Avropanın dünya tarixində guya həmişə “mədəniləşdirici” rol oynadığını əsaslandırmağa çalışmış, Şərqin oyanmasının qarşısını almaq üçün müasir sivilizasiyanın təməlini qoymuş Şərq xalqlarının yaratdığı ümumbəşəri nemətləri ört-basdır etmiş, bununla da çağdaş dünyamızı mənəvi baxımdan nə qədər də yoxsullaşdırmışdır!
Qərb, Rusiya və Sovet imperiyalarının qanlı müstəmləkə rejimləri zehni imkanları eyni olan canlı insanları, xalqları və millətləri də əşya kimi “növlərə” ayırmış, hətta dünyasını dəyişmiş mütəfəkkirlər, dövlət xadimləri, sərkərdələr, xalq qəhrəmanlarının fəaliyyəti işıqlandırılarkən tərəfgirlik edilmiş, eyni qəbildən olan şəxsiyyətlərə daban-dabana zidd mövqelərdən qiymət verilmişdir. Hakim millətin nümayəndələri, bir qayda olaraq, “mütərəqqi şəxsiyyətlər” kimi qələmə alınmış, məzlum xalqların yetirdiyi görkəmli tarixi şəxsiyyətlərin payına isə həmişə “irticaçı” yarlığı düşmüşdür.
İndi hər bir məktəbli cocuq İskəndəri, Sezarı, Napoleonu, Suvorovu, Kutuzovu, hətta Böyük Pyotr və IV İvanı da görkəmli sərkərdə və tarixi şəxsiyyətlər kimi tanıyır. Çünki məktəb dərsliklərində geniş yer verilən bu şəxsiyyətlərin hər biri haqqında cild-cild əsərlər yazılmışdır və indi də yazılmaqdadır. Bəs İskəndərdən Napoleonadək keçən 2000 ildən çox tarixi dövr ərzində dünya hərb sənəti bir addım da olsa irəli getməmişdirmi? Nədir bu “boşluğa” səbəb? Olmaya, dünya xalqlarının heç biri bu dövrdə görkəmli sərkərdələr yetişdirə bilməmişdir?! Bəs onda uzaq Mancuriyadan hərəkətə gəlib, Paris yaxınlığına qədər uzun döyüş yolu qət etmiş Hun türklərinin böyük sərkərdəsi Atilla, Çingiz xan, Batı xan, Teymur, İldırım Bəyazid, Konstantinopol fatehi Sultan Mehmet, Uzun Həsən, Sultan Səlim, Şah İsmayıl, Sultan Süleyman, Böyük Şah Abbas, Nadir şah və bir çox başqa sərkərdələr necə? Onlar dünya hərb elminə heç bir töhfə verə bilməmişlərmi?!
Məsələ burasındadır ki, sağlıqlarında ölkələr fəth edən, qoşunlar, sərkərdələr basan, tarixi inkişafın gedişinə fəal təsir göstərən bu görkəmli simalar ölümlərindən sonra onların mənsub olduqları xalqlara qarşı ayrıseçkilik siyasəti yeridilməsi nəticəsində qarşılarına çəkilmiş “pantürkizm”, “panislamizm” və bir çox başqa “izm”lərin sıra-sıra sədləri qarşısında “aciz qalmış”, bu sədləri aşıb elmdə öz yerlərini tuta bilməmişlər. Bir sözlə, cahangirdən cahangirə fərq qoyulmuşdur. Birinci halda qəsbkarlıq siyasətinin “təntənəsi” naminə minlərlə insan həyatı qurban vermiş İskəndərlər, Sezarlar, Napoleonlar, Suvorovlar, Kutuzovlar, hətta qəddarlığına görə “Qroznıy” ləqəbi verilmiş IV İvan və minlərlə günahsız insanların sümükləri üzərində şəhər saldırıb Baltik dənizinə “qapı açmış” Pyotr da mütərəqqi şəxsiyyətlər kimi təqdim olunur; ikinci halda isə - başqa məkanda, başqa xalqlar üçün eyni cür siyasət yeritmiş türk və türk-monqol sərkərdələri “qaniçən”, “qarşısına çıxan hər şeyi yerlə-yeksan edən vəhşi ordaların yırtıcı başçıları” kimi qələmə verilir. Daha doğrusu, tarix bu günkü nəsillərə amansızcasına saxtalaşdırılmış halda təqdim olunur. Bu baxımdan Rusiya və Sovet imperiyalarının müstəqilliyə can atan Şərq xalqlarının tarixi yenidən yazılmalı, təhriflərdən təmizlənməli, görkəmli tarixi şəxsiyyətlərin fəaliyyəti yenidən işıqlandırılmalıdır. Vaxtilə nəşr olunmuş, sonradan isə yasaq edilmiş əsərlərin yenidən oxuculara çatdırılması da bu istiqamətdə çox gərəkli bir işdir. Elə buna görə də Macarıstan şərqşünası German Vamberinin 1917-ci ildə Orucov qardaşları tərəfindən əski əlifba ilə nəşr olunmuş “Əmir Teymur” əsərinin yenidən kiril əlifbası ilə oxuculara təqdim olunması təqdirəlayiq hadisədir”.
-
Nida Xəbər 01:40Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi Türkiyə vətəndaşı İstanbulda saxlanıldı
-
Nida Xəbər 26 Oktyabr 21:51“Qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında birlikdə dayanacağıq” - Ərdoğandan sərt mesaj
-
Nida Xəbər 26 Oktyabr 19:00Bu işçilərin vəzifə maaşları təsdiqləndi - Cədvəl
-
Hadisə26 Oktyabr 18:40Bakıda deputatın oğlunun iştirak etdiyi qətllə bağlı daha iki nəfər həbs edildi - Yeniləndi
-
Elm və təhsil26 Oktyabr 18:20Məktəblərdə hər şagirdə düşən illik xərc müəyyən edildi - Məbləğlər açıqlandı
-
Dünya26 Oktyabr 14:28Sincarda yeni dövr: PKK-nın bu qolu silahı yerə qoyur
-
Nida Xəbər 26 Oktyabr 13:12Ermənistan sərhədi keçmiş çobanı Bakıya təhvil verdi
-
Rəsmi xronika26 Oktyabr 13:00Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı















.jpg)






















