Digər
Prezidentin xanımı və qızları təqdimatda - FOTOLAR
Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə
Azərbaycan cazibəsi” layihəsinin təqdimatı
keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu
Əliyeva tədbirdə iştirak edib. Təqdimatdan əvvəl layihənin
əhəmiyyətindən söz açılıb. Bildirilib ki, geyim mənsub olduğu
xalqın əsrlər boyu yaranmış bədii zövqünü, onun mədəniyyətini əks
etdirir.
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı
tapılmış bir sıra parça nümunələri göstərir ki, hələ eramızdan
əvvəl burada yüksək geyim mədəniyyəti mövcud olub. Zəngin
mədəniyyətimizin çoxəsrlik inkişafı prosesində yaranmış milli
geyimlərin hazırlanmasında istifadə olunan parçalar daim keyfiyyəti
və zərifliyi ilə seçilib.
Vurğulanıb ki, Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan
cazibəsi” layihəsi xalqımızın milli ənənə və dəyərlərini yaşatmaq,
milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni
zamanda, Şərq və Qərb mədəniyyətləri arasında vəhdət yaratmaq
məqsədini daşıyır.
Mərasimdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya milli
mədəniyyətimizin inkişaf etdirilməsinə və təbliğinə göstərdiyi
diqqət və qayğıya görə minnətdarlıq ifadə olunub.
Diqqətə çatdırılıb ki, milli muzeylərimizin kolleksiyalarında
təqdim olunan zəngin geyim nümunələri, bəzək əşyaları və xalçaçılıq
məmulatı məşhur italyan modelyeri Renato Balestranı naxışlarının
incəliyi və dekor elementlərinin orijinallığı ilə seçilən
Azərbaycan milli qadın geyimlərinin qədim zamanlardan müasir
dövrədək inkişafını təcəssüm etdirən kolleksiya yaratmağa sövq
edib.
Sonra italyan modelyeri Renato Balestranın kolleksiyasının
fəlsəfəsini əks etdirən film nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondunun “Müasir dəbdə Azərbaycan
cazibəsi” layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato
Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı
yeni kolleksiyası nümayiş etdirilib.
Kolleksiyanın nümayişi ölkəmizin şərti olaraq bölündüyü tarixi
etnoqrafik bölgələrin yerli xüsusiyyətlərini əks etdirən geyimlər
və bu geyimlərin elementlərindən məharətlə istifadə olunaraq nəfis
tərtibatda hazırlanan müasir geyimlərlə başlayıb.
Xalq yaradıcılığının tarixi etnoqrafik və bədii xüsusiyyətlərinin
təcəssüm tapdığı geyim kolleksiyası xüsusi olaraq bu məqsədlə
tərtib edilmiş musiqinin müşayiəti ilə nümayiş olunub.
Təqdimatın növbəti hissəsində klassik elementlərdən istifadə
edilərək yaradılmış müasir geyimlər nümayiş olunub.
Diqqətə çatdırılıb ki, kolleksiyada yer alan ziyafət libasları
Azərbaycan muzeylərində qorunub saxlanılan artefaktlarla
tanışlıqdan sonra yaranıb. Bu geyimlərin məhsuldarlıq, bərəkət,
birlik, sədaqət rəmzi olaraq Azərbaycan milli mədəniyyətində geniş
istifadə edilən nar simvolunun əks olunduğu qiymətli daşlardan
naxışlı tikmələrlə bəzədilməsi tamaşaçılarda böyük maraq
doğurub.
Tanınmış italyan modelyerinin kolleksiyasının nümayiş olunan son
hissəsini tərəqqi və inkişaf rəmzi, Odlar Yurdu Azərbaycanın
simvollarından biri hesab olunan alovu əks etdirən qırmızı və qara
rəngli naxışlı tikmələrlə və mozaikalarla işlənilmiş ziyafət
libasları təşkil edib.
Renato Balestranın iştirakı ilə keçirilən nümayişdə 40-dan çox
geyim nümunəsi təqdim olunub. Moda nümayişinin ən maraqlı
məqamlarından biri də tanınmış model İrina Şeykin də səhnədə
görünməsi olub.
Moda nümayişindən sonra ürək sözlərini bölüşən məşhur italyan
modelyeri Renato Balestra Bakıda olmağından qürur duyduğunu deyib
və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Diqqətə çatdırıb
ki, o, layihə çərçivəsində Azərbaycanın milli ornamentlərinin
tarixini və xüsusiyyətlərini araşdırıb, Şərq koloritindən ilham
alaraq Azərbaycan milli elementlərini müasir Avropa dəbində tətbiq
edib. O, Azərbaycan cəmiyyətində qadının çox vacib rol oynadığını,
bu gözəl ölkəyə bir daha qayıdacağına ümid etdiyini deyib.
Beləliklə, milli ornamentlərdən ustalıqla istifadə edilərək bədii
zövqlə hazırlanan geyim kolleksiyası tamaşaçılara müasir dəbdə
Azərbaycan cazibəsini təqdim edib.
-
Dünya13:18
Bu ölkədən Rusiya etirafı: müharibədə bir neçə gün...
-
Nida Xəbər 11:00
Mehriban Əliyevadan Konstitusiya Günü ilə bağlı paylaşım - FOTO
-
Sosial10:37
"Veteran pulu" artırılır? - Sahil Babayevdən MÜHÜM AÇIQLAMA
-
Nida Xəbər 10:30
COP29-dan sonra məktəb və universitetlərdə... - Əmrullayev açıqladı
-
Nida Xəbər 09:10
Yüksəkvəzifəli məmurlar COP29-da - FOTOLAR
-
Sosial08:55
Pensiyalar artırılacaq! - Nazir ŞAD XƏBƏRİ elan etdi
-
Ekologiya08:25
COP29-da 1-ci gün! - VİDEO
-
Magazin206:16
Məşhur reperin narkotik problemi: reabilitasiya klinikasından çıxacağı vaxt bilindi