Digər
Ölümdən sonra həyat var - ŞOK FAKTLAR
Kim deyir ki, ölümdən sonra həyat yoxdur? Var, özü də elə faktlar var ki, bu məsələyə ən qatı etiraz edən elm adamları belə çaş-baş qalırlar.
Hüqonun ruhu
Əgər Dmitrikupolo adlı yunan yazıçısı Viktor Hüqonun heç yerdə dərc olunmamış əsərlərini ortalığa çıxarmasaydı, indi heç kimin yadına düşməzdi. Birdən-birə bu yunan yazar Hüqonun əsərlərini dərc edir. Bəs bu mətnlər ortalığa haradan çıxdı? Özü də fransız dilində. Halbuki Dmitrikupolonu tanıyanlar bilirdilər ki, o, fransızca bir kəlmə də bilmir.
Hüqonun əsərlərini tədqiq edənlər də tərəddüd içində qalmışdılar. Saxtakarlıqdan söhbət gedə bilməzdi. Yazılar eynən Hüqonun ədəbi üslubunda idi. Süjet xətləri də uyğun gəlirdi. Məsələ böyüməyə başladı və bütün dünyada ajiotaj doğurdu.
Bütün şübhələr isə mediumların (ölülərlə, ruhlarla əlaqəyə girə bilən ekstrasens) Dmitrikupoloyla seanslar keçirməsindən sonra dağıldı. Seans zamanı transda olan yunan yazıçının fotoşəkilləri çəkildi. Fotolarda masa arxasında kağıza mətn yazan Dmitrikupolonun yanında Hüqonun ayaq üstə dayanmış dumana bənzər, şəffaf silueti aşkar sezilirdi. Əvvəllər də yunana şübhə edən elm adamlarının, ədəbi tənqidçilərin matı qurumuşdu. Gördüklərinə inanmaq istəmirdilər, amma bu, reallıq idi.
Not bilməyən “bəstəkar”
Ümumiyyətlə, XIX əsri mediumların əsri hesab etmək olar. 100 il ərzində 50 milyondan artıq insan medium seanslarında ölülərin ruhları ilə təmasa giriblər. Məsələn, görücü Alen Devis fəlsəfəyə aid bir çox kitabların müəllifidir. Əsərləri böyük tirajla çap olunurdu. Ancaq məsələ burasındadır ki, Alen adi çəkməçi idi. Onun təhsili barədə danışmağa dəyməzdi. Kasıb adamda təhsil almaq üçün pul haradan idi? Bununla belə, fəlsəfə kitablarının müəllifi Devis idi. Özü etiraf edirdi ki, yalnız mətni, ona deyilənləri köçürür. Diktə edən isə hansısa filosofun ruhudur...
Rut Braun isə dahi bəstəkarlar Bethoven və Listin adından musiqili pyeslər yazırdı. Musiqişünaslar bu əsərlərin haradan ortaya çıxdığını anlaya bilmirdilər. Axı necə olub ki, bu əsərlər indiyədək dərc olunmayıb. Maraqlıdır ki, mətnləri köçürən Rut Braunun özünün not yazısından heç anlayışı yox idi.
Ölümün belə ayıra bilmədiyi cütlük
Ölümdən sonrakı həyatın mövcudluğuna elm adamları arasında da inanan çoxdur. Bunlardan biri də Vsevolod Mixayloviç Zaporojetsdir - texniki elmlər doktoru, geofizik, bir sözlə tanınmış elm adamı. Bu alim sevimli həyat yoldaşını itirdikdən sonra çox qüssələnirdi. Ayrılığa dözmək çətin idi - görən, indi o haradadır, məni eşidirmi, görürmü? Sovet vaxtı olsa da, arvadının ölümündən sonra alim tez-tez kilsəyə gedir, amma yenə də rahatlıq tapmırdı. Bu zaman o, mediumların xidmətindən yararlanmağa qərar verdi. İlk medium seansındaca o, sevimli arvadının ruhu ilə təmasa girdi. Həyat yoldaşı ona kilsəyə getdiyi üçün sevindiyini deyirdi. Vsevolod Mixayloviç 15 il dalbadal medium seanslarında arvadı ilə söhbətləşdi. Həyat yoldaşının ruhu ona çox çeylər açıqladı. Qadın deyirdi ki, ölmək üçün, bu həyatdan köçmüş əzizlərinizə qovuşmaqdan ötrü tələsməsin. Bu, yaradanın xoşuna gəlmir. Həm də axirətdəkilərin özləri də yerdəki həyatları üçün darıxırlar. Odur ki, həyatınızı doyaraq yaşayın. İntihar etmək olmaz. Bu, günahdır. İntihar edənlər axirətdə əzab çəkir, yalnız cəza müddətləri bitdikdən sonra rahat və sonsuz əbədiyyətə qovuşurlar.
Alim öyrəndi ki, o dünyada nə müharibə var, nə xəstəlik, nə qocalıq. Seksual münasibətlər olmasa da, sevgi var.
Ona görə də hazırda 94 yaşı olan Vsevolod Mixayloviç axirət haqda danışanda gülümsəyir : “Arvadıma qovuşacağım günü gözləyirəm. Ancaq tələsmirəm. Hər şeyin öz vaxtı var”.
İlqar Atabəyli
-
Nəqliyyat22:58
Bakıda bəzi parkinqlər bu tarixə qədər LƏĞV EDİLDİ
-
Nida Xəbər 22:34
Bakıda səfərdə olan Lukaşenko Qərbi tənqid etdi: "Vəziyyət getdikcə pisləşir"
-
Nəqliyyat22:22
Bakının girişində postlar quruldu - VİDEO
-
Magazin221:11
Serdar Ortaç ev dustağı oldu
-
Nida Xəbər 20:50
Əliyev və Vuçiç hansı məsələləri müzakirə edib?
-
Magazin120:40
"Dedilər ərin Şəmkirlidir, pulu var, ona görə xəyanətini bağışladın" - Nagehan
-
Nəqliyyat19:40
Bakı-Sumqayıt qatarı 50 dəqiqə gecikdi - SƏBƏB
-
Rəsmi xronika18:50
İlham Əliyev Lukaşenko ilə görüşdü - FOTO/YENİLƏNDİ