Digər
Özbəkistan yenidən GUAM-a üzv ola bilər
"GUAM postsovet məkanında yeganə unikal təşkilatdır. Ona görə də hesab edirəm ki, Özbəkistan yenidən bu təşkilata üzv ola bilər". Trend xəbər verir ki, bunu Özbəkistanın “Bilik Karvanı” Araşdırmalar Mərkəzinin direktoru Farxod Tolipov Bakıda "Azərbaycan - Mərkəzi Asiya əlaqələri: inkişaf, əməkdaşlıq və ortaq çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O, xatırladıb ki, Özbəkistan vaxtilə Azərbaycanla birgə GUAM-ın üzvü olub: "Hesab edirəm ki, Özbəkistan bu təşkilatdan çıxsa da, GUAM üçün əhəmiyyətli platforma olaraq qalır".
GUAM-ın geostrateji baxımdan böyük əhəmiyyətə malik olduğunu deyən F.Tolipov qeyd edib ki, o, postsovet məkanında yeganə təşkilatdır ki, Rusiya onun üzvü deyil və adında demokratiya sözünü ehtiva edir.
O, həmçinin bildirib ki, hazırda Rusiya Daşkənd-Bakı-Tbilisi-Kiyev oxunun yaranmasından narahatdır. Yaxın gələcəkdə Astananın da bura daxil olması ehtimalı var: "Sözügedən ox Qərb tərəfindən dəstəklənə bilər. Əks halda burada Rusiyanın rolu yenidən daha da artacaq. Fikrimcə, regionda yeni təhlükəsizlik sisteminin yaranması uyğun strategiya ola bilər".
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO
-
Dünya09:48Pakistan Əfqanıstanı bombalayır: İtkilər var
-
Region09:28İran yenidən Türkiyəyə raket atdı: Hədəf bura olub - Video































