Digər
Xoşbəxtlik üçün bilet
Bir də baxırsan ki, xoşbəxtlik səninlə üz-üzə oturub. Haradan, necə, kiminlə gəlib, bunları düşünmürsən də. Onu balaca bir kafedə armudu stəkandakı çaya qarışdırıb başına çəkirsən.
Arada qənddandakı ən xırda qəndi götürüb əlavə edirsən ki, heç kəs sənin çayının qəndsiz də şirin olduğunu hiss etməsin. Elə “xoşbəxtliyin” özü belə. Ürkütmək olmaz. Yoxsa, bir andaca üzünü turşudar, beyinə “ehtiyatlı ol, təhlükə var” siqnalı ötürülər və dünyadan məharətlə çırpışdırdığın o bir neçə saatlıq nağıl ən gözəl yerindəcə... Yox, sən ağıllısan axı, sən buna imkan verməzsən...
Xoşbəxtlik səninlə yanaşı addımlayır. Sənsə ehtiyatla hər şeyi fiksə edirsən – bir gün yazıya çevirmək üçün...
Tərcübə danışır. Deyir ki, bu, yəni, xoşbəxtlik - bakirə qızı sevməyə bənzəyir. Ona yalnız bir dəfə malik ola bilərsən. Növbəti dəfə o, artıq həmin qız olmayacaq. Məntiq danışır və sən ona mane olmursan, çünki o sussa, vəziyyət xarablaşacaq, axşam korlanacaq. Onu korlamaq olmaz...
Deyir ki, xoşbəxtlik dondurma kimi bir şeydir, vaxtında yemədinsə, əriyəcək, amma onu qablaşdırıb soyuducuda saxlamaq da olmur. Pul da deyil ki, seyfə qoyub gizlədəsən, suvenir deyil ki, mebelin başında yer ayırasan. O, yalnız köçürmək üçündür – əvvəl yaddaşına və sonra da kompüter vərəqinə. Başqa cür düşünmək olmaz. Olar, əlbəttə, olar e, amma lazım deyil. Nəyinə lazımdı axı?..
Reproduktordan eşidilən qadın səsi yeganə şahiddir. Lal, kar və kor şahid. Onu heç kəs istintaqa çəkməyəcək. Bu şahid yalnız sənin üçündür. Yox, əslində, o, sübutdur. Biləsən ki, yaşadığın nağıl deyil. İstəyəsən ki, kimlik sənədi-filanı olmayan bu axşamın özünə bilet alıb, onu özünlə birgə aparasan. Amma necə, hara, nə qədərlik? Niyə?..
Sonuncu sualın ağırlığını unutmaq üçün reproduktordakı həmin qadının səsini ovuclarına alıb sığallamaq istəyirsən, onsuz hər şey natamam olardı...
Səsi dinləyə-dinləyə gözlərini yumursan ki, axşamın davamını xəyalında canlandırasan. Bilirsən, sonra nə olacaq? Deyim də, “xoşbəxtlik” imkan verməyəcək, sənin tükündən dırnağınadək nazilmiş, üzülmüş, göylərə tərəf qanad götürmüş ruhunu yerə endirməyə çalışacaq, soruşacaq ki... Sən bu təcrübəsiz, amma sevimli suala qeyri-səmimi cavab verəcəksən, xoşbəxtlikdən yapışmamaq üçün divara bir az daha çox yaslanacaqsan. Guya yuxulusan, yorğunsan, lap elə sərxoşsan...
Sonra qalxdığın nöqtədən enəcəksən. Qaranlıq pillələrlə. Guya yıxılacaqsanmış ki, “xoşbəxtliyin” qolundan yapışacaqsan, astaca, zərifcə - hər an aralana biləsən deyə...
Pilləkənlər bitmək üzrədir, axşam da. Gedir ki, haradasa, kiminçünsə başlasın - gecəyə çevrilsin, səhərə açılsın, günortaya dönsün və özünə qayıtsın...
Bircə təsəllin var – heç kəs o axşamı səni qədər tanımır. Heç
kəs o axşamı sənin kimi yaddaşına yazıb, vərəqlərə köçürə
bilməyəcək...
-
Magazin109:54Aparıcı Zaur müflis oldu: "Dost dediyim insana güvənmişdim" - FOTO
-
Nida Xəbər 09:12Mehdiyev müxalifəti necə ələ alıb?
-
Ekologiya08:36Yeni güclü maqnit qasırğası başladı
-
Magazin208:00Məşhur rep ifaçısı cərimələndi - Spirtli içki qəbul edib...
-
Magazin107:30Xalq artistinin qızının müğənni əri ilə ROMANTİK ANLARI - VİDEO
-
Avropa04:44Məşhur aparıcı canlı yayımda DİŞİNİ SINDIRDI
-
Sağlamlıq02:42Beyni aktivləşdirən və yaddaşı gücləndirən SEHRLİ DAD - Ağızımızı büzsə də...
-
İdman02:12UEFA Elvin Cəfərquliyevin "Kəhər"lə VİDEOSUNU YAYDI















.jpg)


















