Digər
Dalay-dalay, nay-nananay, bay-bay-qudbay...
Biri vardı, biri yoxdu, yeri vardı, yeri yoxdu, bilmirəm, amma deyirəm, bir məmləkət var, orada adamlar gülməli şeylərə ağlayır, ağlamalı şeylərə gülürlər, mırtlaşmaqdan ötrü ölürlər. Mırtlaşırlar, bir-birinə qarışırlar, sonra vəziyyətə alışırlar və bir də baxırlar ki, artıq ləzzət eləmir, darıxırlar və başqa bucaqdan baxırlar hər şeyə. O məmləkətdə kimisə sevməkdən, kimisə söyməkdən ötrü yarışırlar, əvvəl sensasiya axtarırlar, sonra reaksiya, sonra relaksiya və axırda məlum olur ki, amputasiya lazımdır. Çünki xəmir çox su aparır, su isə ziyanlıdır, məsələn, çox içərsən, köpərsən, ya qarınağrısına düşərsən, soyuq suda çimərsən, soyuqdəyməyə tutularsan...
Müqəddimə uzun olmasın, vaxtınızı almasın, beyninizi yormasın, uzun söhbət olmasın deyə keçək mətləbə. Yəni bizi yazdıran səbəbə. İlin şairəsinə - səsinə, musiqisinə söz olmayan Elza Seyidcahana. Qiymətli saat alana. Bizi dərdə salana. Paxıllanana min lənət. Sənət sənətkarındı. Nəyinsə varındı, ötür gəlsin, yoxdu, get üstünə ətir vur, ətir gəlsin. Gəlsin, nə versin, nə götürsün, özü bilər, ona söz ehsan versin, Elza kağıza çəksin, kimsə ona bədnam desin, kimsə oxuyub bəyənsin, ənam versin. Versin, neynim, dalay-dalay, ay, vay, nay-nanay, olsun zay, deyək bay-bay-qudbay...
O ki qaldı onun şeirlərini oğurlayanlara, onu öz adına
sırıyanlara, şairəni qınayanlara, onun səbrini sırıyanlara, Elzanı
söyənlərə, özünü öyənlərə, başına döyənlərə, göydən üç alma düşər,
düz başlarına düşər, danışmaq özlərinə qalar, yel gələr, yel
aparar, sel gələr, sel, elə bundan bir şey olmaz. Elə Elzaya
da...
Yazana qüvvət, pozana şükür et, oxuyana sağlıq dilə, oxumayana
üzüağlıq...
Vəssalam, nağıl tamam...
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!
-
Ekologiya13:06Noyabrın ilk gününün hava proqnozu açıqlandı








.jpg)























.jpg)
.jpg)
