Digər
Gürcüstanda maliyyə böhranı - lari 20 faiz ucuzlaşdı
Gürcüstanda larinin sürətlə dəyərdən düşməsi ölkəni maliyyə böhranına aparır. Ekspertlərin rəyinə görə, vəziyyət belə davam edərsə, ölkədə sosial vəziyyət daha da kritikləşəcək.
Publika.az xəbər verir ki, ötən ilin noyabrından bu tərəfə lari dollara nisbətən 20 faiz dəyərdən düşüb.
Gürcüstan Mərkəz Bankının sabiq rəhbəri Roman Gotsiridzel bildirib ki, dövlətin iqtisadiyyata təsirləri artıb və bu, inkişafa mənfi təsir edir: Kiçik sahibkarlar isə deyir ki, hazırkı situasiyada çoxlu sayda kiçik obyektlər bağlanacaq.
Ukrayna böhranı səbəbindən rublun dollar qarşısında əriməsi də Gürcüstan iqtisadiyyatını dərindən sarsıdıb.
Bununla paralel ixrac və gəlirlərin düşməsi, xarici sərmayəçilərin ölkəni tərk etməsi Gürcüstan iqtisadiyyatını hər gün daha da zəiflədir. Larinin dəyər itkisi isə illik inflyasiyanın 5 faizə yüksəlməsinə gətirib çıxardı.
İqtisadiyyat şöbəsi
-
Magazin206:16“Mən heç cavan olmadım” - Elnarə Abdullayeva
-
Magazin104:14Azərbaycanda bir-birinə bənzəyən məşhurlar gündəm oldular - Foto
-
Magazin203:13Türk ulduz Ərdoğanı təhqir etməkdə şübhəli bilinir
-
Region02:42SEPAH-dan həyasız böhtan: Azərbaycanı hədələdi - Foto
-
Yaxın Şərq02:12Netanyahu İrana "çoxlu sürprizlər" vəd etdi
-
Qoroskop00:15Günün ulduz falı - Səthi sevinc sizi qane etməyəcək
-
Magazin17 Mart 23:00Könül Kərimovaya qarşı 245 minlik dələduzluq
-
Region7 Mart 22:48Rusiya müharibədə İrana görün necə kömək edir






























