Paranormal
Polşada “uçan boşqab” peyda oldu - FOTO
Polşada Uçan Naməlum Obyektin (NUO) şəkli çəkilib.
Publika.az xəbər verir ki, fotolar yüksək keyfiyyəti ilə seçilir, hazırda mütəxəssislər görüntülərin saxta olub-olmadığını araşdırırlar.
Məlumata görə, Yastrovo kənd sakini velosipedlə gedərkən qəribə səs eşidib. Geri boylananda havada uçan vəziyyətdə qəribə obyekt görüb. Kəndli “uçan boşqab” gözdən itənə qədər onun şəklini çəkməyə müvəffəq olub.
Sonradan çəkdiyi beş şəkli polşalı ufoloq Robert Bernatoviçə göstərib. Yastrovo kənd sakini başqaları onu psixi problemləri olan insan kimi tanımasın deyə, adının çəkilməsini istəməyib.
R.Bernatoviç Britaniya NUO Tədqiqat Birliyinin istintaq şöbəsinin keçmiş rəhbəri Filip Mentleyə müraciət edib. O, şəkillərə baxdıqdan sonra bunun NUO-larla bağlı son 40 il ərzində çəkilmiş ən yaxşı şəkli olduğunu bildirib.
Şəkilləri araşdıran ekspert Ceyson Qliv də şəkillərin saxta olmadığını təsdiqləyib.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi









































