Paranormal
10 yaşlı qız buzlu suya düşdü: Allahı və cənnətin qapılarını gördü
Uşaq ikən buzlu suya düşdüm, 30 dəqiqə huşsuz qaldım və cənnət qapılarını gördüm.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə ABŞ sakini bildirib. Liza Blissin dediyinə görə, qəza 10 yaşında Nyu-Yorkda baş verib. Qız babasının bağ evində istirahət edərkən çayın yaxınlığında büdrəyib və suya düşüb. Sonradan yaxınlarının dediyi kimi, o, təxminən yarım saat buzda huşsuz vəziyyətdə qalıb. Bliss, huşunu itirdikdən sonra özünü parlaq işıqlı və ekzotik çiçəklərlə əhatələnmiş məkanda tapdığını söyləyib. Sonra onun diqqəti “maqnit cazibəsi” olan bir yola yönəlib.
Bliss cığırla gedib və tezliklə möhtəşəm bir darvaza görüb.
"Uşaq olarkən düşünürdüm ki, bu, mənim ailəmdən və kilsədən eşitdiyim mirvari qapılar olmalıdır", - amerikalı xatirələrini belə bölüşüb. O, əlavə edib ki, qapıda tənha bir fiqur görüb və bunun Allah olduğunu anlayıb.
Bliss deyib ki, darvazaya gedən yolda ağ paltarlı adamlar düzülmüşdü, lakin o, onların üzlərini görə bilməyib. Sonra amerikalı qadın anlayıb ki, qapılar bağlanana qədər tələsmək lazımdır. Qaçıb, amma nə isə onu geri çəkib. O, bir onda ayılıb ki, çayın kənarında daşların üstündədir. Məlum olub ki, əmisi oğlu onu sudan çıxarıb. Ona ilkin tibbi yardım göstərilib, nənə və babasının evinə aparılıb.
"Mən dərhal bədənimə qayıtdığımı anladım və bu, dəhşətli, tamamilə dəhşətli bir şey idi. Mən bədənimi olduğundan 10 dəfə ağır hiss edirdim və günorta olsa da, dünya inanılmaz dərəcədə sönükləşdi", - deyə amerikalı xatirələrini bölüşüb.
Bliss bildirib ki, hadisədən sonra o, 3 gün komaya bənzəyən yuxuda olub. Sonra yaxşılaşmağa başlayıb və tam sağalıb.
Adəm
-
MDB14:00Təcrübəli cərrah ögey oğlunu niyə öldürdü? - Dəhşətli cinayətin təfərrüatları
-
İdman13:06“Mançester Siti”nin sabiq futbolçusu "Qarabağ"da
-
Ekologiya12:55Bakıda leysan yağacaq - HAVA PROQNOZU
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu


























.png)












.jpg)