Qadın
Soyuq havalarda çatlamış dodaqları necə sağaltmaq olar?
Belə qarlı havada dodaqlarımız tez-tez çatlayır. Dodaq çatlarını və yaraları sağaltmaq üçün pomada çəkirik. Bəs dodaq çatlarını təbii yollarla necə aradan qaldırmaq olar?
Kokos yağından istifadə edin - Kokos yağı qurumuş və çatlamış dodaqlar üçün təbii möcüzədir. Xüsusilə, quru və soyuq günlərdə kokos yağını bir neçə dəfə dodaqlarınıza vursanız, yumşalacaq.
Xiyar - Qabığı soyulmuş bir dilim təzə xiyarı dodağınıza sürtsəniz, effektini görəcəksiniz. Bunu 3 gün ərzində təkrarlayın.
Zeytun yağı dodaqları yumşaldır - Dodaqlarınızın quruluğunu aradan qaldırmaq üçün kimyəvi tərkibli maddələrdən istifadə etmək əvəzinə, zeytun yağını seçin. Gecə yatmazdan əvvəl zeytun yağı çəksəniz, dodaqlardakı quruluğu aradan qaldıra bilərsiniz.
Bal - Dodaqlarınız tez-tez çatlayırsa, bol yerkökü, mandalin və limon yeməlisiniz. Bundan başqa dəmlənmiş adaçayı və qoz yarpaqları ilə da dodaqlarınıza kompres edə bilərsiniz. Bal çəkib 15 dəqiqə gözləyin. Bu üsul da dodaq çatlarının sağaldır.
- Dodaqlarınıza bal sürtün.
- Daha sonra vazelin çəkin.
- 15 dəqiqə ərzində dodaqlarınızı sabit saxlayaraq gözləyin.
- İlıq sudan istifadə edərək barmaqlarınızın ucu ilə təmizləyin və bunu 2-3 gün ərzində müntəzəm olaraq edin.
Şiddətli soyuqlarda isə bu üsullara əməl edin:
- Krem vurduqdan sonra dodaq kremini yeməyin, B və C vitamini ilə zəngin yeməklər yeyin.
- Dodaq boyası çəkməzdən əvvəl dodaq kremi və ya nəmləndirici krem vurun.
- Təbii qırmızı dodaqlara sahib olmaq istəyirsinizsə, gecə yatarkən dodaqlarınıza çuğundur suyu çəkin.
- Nanə tərkibli dodaq qoruyucusu vurub, dodaqlarınızı diş fırçası ilə fırçalayın. Ancaq unutmayın ki, dodaq dərimiz çox həssasdır. Ona görə də fırçanı sərt sürtməyin.
Publika.Az
-
Nida Xəbər 11:17Kərim Vəliyev təltif edildi
-
Nida Xəbər 10:44Qod Nisanovun bu addımı Rusiyada gündəm oldu
-
MDB09:12Rusiya od içində: Ukrayna PUA-ları Moskva Neft Emalı Zavoduna çatdı
-
Nəqliyyat08:49Bakıda taksi sürücülərinin gizli oyunu - Bunu istəsələr, etməyin!
-
Hadisə07:35Zəhranın öldüyü qəzada sürücünü hansı cəza gözləyir?
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
























.jpg)



.jpg)








