“Qadın öz dəyərini bilməli, amma bunu dilə gətirməməlidir” - Məşhur aktrisa
Bizi izləyin

Qadın

“Qadın öz dəyərini bilməli, amma bunu dilə gətirməməlidir” - Məşhur aktrisa

Şeron Stoun Hollivud ulduzları arasında ən yüksək IQ-ya sahib olması ilə tanınır. Artıq 60 yaşını tamamlamış aktrisa yumor hissini hələ də itirməyib, üstəlik təcrübəli motivatorlardan öyrəndiyi hikmətli cavabları ilə pərəstişkarlarını heyrətləndirməkdə davam edir.

Publika.az oxuculara aktrisanın müsahibələrindən müasir qadın və onun bu dünyadakı yeri barədə ən yaddaqalan sitatlarını təqdim edir.

Qadın və gözəllik

Əsl qadın odur ki, öz həmcinslərinə, ümumiyyətlə insanlara qarşı həmişə mehriban və qayğıkeşdir. O, rəqabət, intriqa və riyakarlığı qəbul etmir. Qadın öz dəyərini bilməlidir, amma bunu heç vaxt dilə gətirməməlidir.

Plastik cərrahiyyə mənlik deyil, amma cərrahın xidmətindən istifadə edən qadınları mühakimə etmirəm. Əgər bu, səni xoşbəxt edirsə, niyə də olmasın?

Ən bahalı kosmetika və ən bahalı saç düzümü belə qadınları gözəlləşdirə bilməz. Bilirsiniz, ən maraqlı qadınlar kimlərdir? Arxasında enişli-yoxuşlu həyatı olanlar.

Yeva Qardner dünyanın ən gözəl qadını idi. Niyə? Çünki heç vaxt üzündə heç nəyi dəyişdirməmişdi. Əsl xanım-xatına bənzəyirdi və heç vaxt cavan qız kimi görünməyə çalışmazdı.

Gözəl olub-olmadığım haqqında heç vaxt ciddi düşünməmişəm. Amma sehrli bir nömrə bilirəm: cəzibədarlığın illüziyasını yaratmaq bacarığı. Qadın məkana daxil olduğu zaman gözəlliyi ilə yox, ondan yayılan güc və enerjisi ilə bütün diqqəti öz üzərinə çəkir.

Qadın hər şeyin məsuliyyətini daşımamalıdır.

Əgər ağıllısınızsa, gözəl olacaqsınız. Çirkin qadın yoxdur, kimisi gözəl, kimisi qızılgül, kimisi də kaktusdur.

Təsəvvür edə bilməzsiniz ki, nə qədər plastik cərrah mənə əməliyyat təklifi edib. Bir dəfə hətta razılaşmışdım, yaxşı ki, dəyişdim fikrimi. Bəli, qocalıram. Amma mənə elə gəlir ki, yaşlanma sənəti bəzi qüsurlara yön verir, onlar obraza həssaslıq və seksuallıq əlavə edirlər.

40 yaşım olanda, əlimdə bir qədəh şərabla hamama girdim və dedim: “Özümü olduğum kimi qəbul etməyənə qədər buradan çıxmayacam”.

Qocalıram, amma bu prosesdən zövq alıram. Yaşımı maskalamaq istəmirəm. Yalnız öz yaşımda mümkün qədər yaxşı görünən bir qadın olmaq istəyirəm.

İnsanlar tez-tez soruşur ki, bu yaşımda necə belə yaxşı görünə bilirəm. Cavab: Xoşagəlməz insanlarla ünsiyyət qurmuram.

Kişilər haqqında

Seksual yaxınlıq ancaq musiqi və dua ilə müqayisə edilə bilər.

Yanlış insanın yanında özünü tək hiss etməkdənsə, tək olmaq daha yaxşıdır.

Qadın saxta orqazmı oynaya bilər, kişilər isə sevginin özünü.

Qızlar bir gün bir vaxtlar özlərinin evlənmək arzusunda olduğu kişiyə çevrilirlər.

Sizdən daha çox problemi olan insanla heç vaxt yatağa girməyin.

Əsl tənhalıq odur ki, ətrafında olan heç bir insan səni anlamır.

Sevgi qaranlıqda buz dağına dırmanmaqdır. Bircə yanlış addım və sən ölüsən!

Evlilik cəhənnəmin yer üzündə gördüyüm ən yaxşı inikasıdır.

Kişilər çox ağıllı olmalıdır. Yalnız sərvət və seksuallıq sevinc gətirə bilməz.

İti ağıl və gözəlliyin vəhdəti qarşısında heç bir kişi tab gətirə bilməz.

Həyat və insan haqqında

Həyatda niyə yıxıldığınız yox, necə qalxdığınız önəmlidir.

İnsanlar dəyişməyə qorxur, onlar elə düşünür ki, nə isə itirəcəklər. Unudurlar ki, onlar daha çoxunu əldə edə bilmək imkanından özlərini məhrum edirlər.

Hər bir ulduzun məşhur olmazdan əvvəl tanış olduğu bir dostu olmalıdır ki, onu yerində oturtsun. Çünki ulduz da hamı kimi adi bir insandır.

Əvvəllər qalmaqal yaratmağı ancaq ulduzlar özünə icazə verirdi, indi məşhur olmaq üçün qalmaqal yaradırlar.

Uşaqdan gözəli yoxdur, daha yaxşısı 3 və daha çoxudur.

Ölüm bir neçə dəfə qapımı döysə də, açmadım. O, mənə yenidən yaşamağı öyrətdi. Qapının taqqıltısı məni oyandırdı.

Özünüz üçün ən önəmlisini təyin edin, tətbiq edin və xilas olun.

Gəncsinizsə, özünüzü yenidən yaratmaq və səhvləri düzəltmək üçün vaxtınız var. Müəyyən bir yaşa çatdıqda “Xoşunuza gəlsə də, gəlməsə də, mən buyam”, - deyirsiniz.

Gənclik darıxdırıcıdır. Həmişə əsl qadın olmaq istəmişəm.

40 yaşım olduğunu dürüstcə etiraf etdikdən sonra Hollivud rejisor və prodüserləri qərara gəldilər ki, hamıya vəba olduğumu elan etmişəm. Əgər 40 yaşından yuxarı aktyorlarla çalışmaq istəmirlərsə, dünyadakı ən böyük səfeh onlardır.

Dünyada heç vaxt sülh və əmin-amanlıq olmayacaq. Lakin onu siz öz təxəyyülünüzdə yarada bilərsiniz.

Özünüz haqqında daha çox şey öyrənmək istəyirsinizsə, uşaqlarınızın necə böyüdüyünə baxıb.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm