Bu ölkənin birinci xanımı hamını təəccübləndirdi - FOTO
Bizi izləyin

Qadın

Bu ölkənin birinci xanımı hamını təəccübləndirdi - FOTO

Ötən iki gün ərzində İndoneziya planetin ən populyar istiqamətinə çevrildi. Minlərlə turist həm G-20 sammitində iştirak etmək, həm maariflənmək, həm də dincəlmək üçün Baliyə üz tutdu.

Sammit siyasətçilər, diplomatlar və görkəmli iş adamlarının çıxışları ilə yadda qaldı. Çox mühüm mesajların verildiyi sammitdə yaşanan digər mühüm hadisə Cənubi Koreya prezidenti Yon Sok-Yelin ictimaiyyət qarşısına mühafizəçilər komandası ilə deyil, cazibədar həyat yoldaşı ilə birlikdə çıxması oldu.

Publika.az oxucuları Cənubi Koreyanın birinci xanımı Kim Kon Hi haqqında maraqlı faktlarla tanış edir.

Bu xanıma ilk baxışdan 30-dan çox yaş vermək mümkün deyil, lakin həqiqət budur ki, Kim Kon Hi bu yaxınlarda 50 yaşını qeyd edib. Birinci ledinin sözlərinə görə, gözəlliyinin sirri Koreyada bol olan ilbiz maskalarında və digər kosmetik vasitələrdə deyil. O, hesab edir ki, intellektinizi daim təkmilləşdirsəniz, gənc və gözəl qalacaqsınız. Başqa sözlə, beyin nə qədər gəncdirsə, qırışlarınız da bir o qədər az olur. Bu tezisi heç bir elmi nəzəriyyə dəstəkləməsə də, etiraf etmək lazımdır ki, formul onda işə yarayıb.

Cənubi Koreyanın birinci xanımı və ictimai xadim olmasına baxmayaraq, Kim Kon Hi şəxsi həyatının təfərrüatlarını gizli saxlamağa üstünlük verir. Buna çox tutarlı səbəbləri var, Cənubi Koreyada aparıcı müxalifət Vətəndaş Qüvvələr Partiyasından prezidentliyə namizəd olan həyat yoldaşı Yon Sok-Yel 2022-ci ilin martında seçkilərdə qalib olduqdan sonra qadının adı qalmaqallarda hallanmağa başladı. Bu qalmaqallarda iddia olunurdu ki, gəncliyində Kon Hi gecə klubunda part-time işləyib. Qərb ölkələrində belə bir iş normal sayılsa da, Şərq ölkələrində bu cür fəaliyyət demək olar ki, yüngül həyat tərzi sürən qızların işinə bərabər tutulur.

İttihamlar qarşısında birinci xanım susmadı. O, açıqlamasında bildirdi ki, bu işdə o, sadəcə olaraq masalar rezerv edib, qonaqları qarşılayıb. Lakin internet istifadəçilərini özünə inandıra bilmədi. Jurnalistlər birinci xanım haqqında daha çox məlumat axtarmağa başladılar və daha maraqlı detallar üzə çıxardılar. Bəziləri Kon Hi keçmişdə evli bir məmurla görüşdüyünü iddia etdi. Digərləri təkid etdilər ki, qız dəfələrlə CV-sini saxtalaşdırıb. Daha dəqiq desək, nailiyyətlər sütununda mövcud olmayan müsabiqələrdə qalib gəldiyini qeyd edib.

Sonra onun iri şirkətlərin rəhbərləri ilə əlbir olduğu və birjada pul qazanmaq üçün səhmlərin dəyərini manipulyasiya etdiyi məlum oldu. Bundan başqa perspektivli şirkətlərdə dostlarını vəzifələrə təyin etdiyini deyənlər az olmadı. Nəhayət, o, təhlükəsizlik xidmətinin tələblərinə zidd olaraq prezidentin səfərlərindən fotoları öz fanklubuna göndərməklə, ailəsini dəfələrlə təhlükə altına qoyub. Ancaq bütün bu hekayələrin Cənubi Koreya lideri və onun həyat yoldaşının reputasiyasına xələl gətirdiyini demək çətindir. Cənubi Koreyada onu sevirlər və hörmət edirlər. Prezidentin həyat yoldaşı rolunda uğurlu olmasa da, sənət sərgiləri təşkil etməklə, pul qazanmaqla və başqa qızlara nümunə olmaqla biznesini inkişaf etdirməyə davam edir.

Xatırladaq ki, Kim Kon Hi rəqəmsal dizayn üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir. O, gələcək əri Yon Sok Yel ilə təxminən 10 il əvvəl tanış olub. Cütlük 2012-ci ildə evlənib. Söz-söhbət gəzir ki, onlar arasında böyük sevgi yoxdur, hər şeydən əvvəl prezident və birinci xanımı özlərini ər-arvad yox, tərəfdaş hesab edirlər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm