Qarabağ
Şuşa belə azad edilib: Yüngül silahlar, əlbayxa döyüş... - HƏRBİ EKSPERT AÇIQLADI
“Şuşanı götürməklə “domino prinsipi” işləməyə başlayır. Yəni, domino daşının birini itələyəndən sonra o biriləri dalbadal tökülür. Şuşadan sonra işğal altında olan şəhərlər, bütün kəndlər hamısı bir-bir azad olunacaq".
Bu fikirləri Publika.az-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.
Onun sözlərinə görə, həm hərbi, həm də mənəvi baxımdan Şuşanın bizim üçün böyük əhəmiyyəti var: “Çünki ermənilərin ruhu öldü. Şuşanı Azərbaycan əsgəri azad edibsə, deməli, o biri şəhərləri, kəndləri də gec-tez azad edib götürəcək. Onların Qarabağda qalmağa əsasları da qalmır. Şuşanın azad olunmasının təsiri bundan ibarətdir. Şuşanın azad olunması ermənilərə psixoloji cəhətdən ciddi zərbə vurdu. Şuşanı azad etməklə böyük sevinc yaşadıq. Dünəndən bəri neçə nəfərlə danışmışam, hamısı deyir ki, göz yaşlarımı saxlaya bilmirdim, mən də o cümlədən. 30 ildir gözləyirdik ki, bu günü görək. Bəzilərimiz inanmırdı ki, bəlkə biz görmədik, uşaqlarımız, nəvələrimiz gördü, amma gördük. Bu müsbət əhval-ruhiyyə istər-istəməz ordumuza da təsir edir. Ermənilərə isə mənfi təsir göstərir. Onlar Qarabağı qoyub çıxacaqlar”.

A.İsazadə qeyd edib ki, Şuşanın strateji əhəmiyyəti də böyükdür: “Birincisi, yolun üstüdür. İkincisi, Xankəndinə çox yaxındır, orada həyat tərzinə təsir edə bilərik. Oradan 12-14 kilometrdir, artilleriya ilə də vura bilərik. Strateji baxımdan Şuşa mərkəzdir, ora bir neçə yol gəlir. Şuşasız Qarabağı saxlamaq qeyri-mümkündür. İndi ermənilər yavaş-yavaş Kəlbəcər tərəfə çəkilməlidir. Kəlbəcər tərəfdə yaşayış məntəqələri yoxdur. Deməli, orada da bunlar dayana bilməyəcək və inşallah, Azərbaycan Ordusu Kəlbəcəri də azad edəcək. Bəli, böyük zəfər yaxındadır”.
A.İsazadə vurğulayıb ki, dronlar bu müharibədə rol oynadı: “Amma dronlardan əlavə, ayrı məqamlar da var. Sadəcə, onlardan hələ danışmaq tezdir. Birinci gündən Azərbaycan Ordusu düzgün taktika seçmişdi. Düzgün taktika seçdiyimizə görə biz irəlilədik. Şuşanın azad edilməsində hərbçilərimizin fərd olaraq rolu əvəzsizdir. Dünən Şuşada dronun rolu az idi. Heç ağır texnika da istifadə edə bilmədik, əlbayxa döyüşlə, yüngül silahla Şuşa azad olunub”.
Şamo Emin
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)

.png)

.png)
















.jpg)
.jpg)





