Qarabağ
Ermənistanın müharibəyə cəlb etdiyi muzdlular – YENİ FAKTLAR/FOTO
Ermənistan hərbi-siyasi rəhbərliyinin dəfələrlə təkzib etməsinə baxmayaraq, işğalçı ölkənin II Qarabağ müharibəsində əcnəbi muzdlulardan, o cümlədən terrorçulardan istifadə etməsinə dair yeni faktlar ortaya çıxmaqdadır.
Publika.az xəbər verir ki, müxtəlif ölkələrin ekspertləri, jurnalistləri sosial şəbəkələrdəki hesablarında Ermənistan ordusunun hərbi əməliyyatlara xaricdən cəlb etdiyi muzdlulara dair faktlar - məlumatlar, fotolar paylaşırlar.
Əcnəbi jurnalist, hüquq müdafiəçisi, sosial şəbəkələr üzrə ekspert Asaad Hanna özünün tvitterdəki hesabında Suriyadan Dağlıq Qarabağa cəlb edilmiş 3 döyüşçünün fotolarını paylaşaraq onların adlarını açıqlayıb.
“Hələbdən olan suriyalı 3 oğlan – Arut, Xaqub və Musek Azərbaycana qarşı döyüşərək həlak olublar”, - o yazıb.
Suriyalı siyasi şərhçi Kevork Almassian da özünün Tvitterdəki hesabında bu ərəb respublikasından bir neçə döyüşçünün Qarabağ müharibəsində öldürüldüyünü açıqlayıb. O, əcnəbi döyüşçülər barədə faktları – fotoları və adları da təqdim edib.
“Erməni İnqilab Federasiyası Suriya yaxın vaxtlarda həlak olmuş üç əsgərə - Harut Panoyana, Hagop Astaryana və Mosik Mosik Seklemyana ağlayır”, - o qeyd edib.
Bütün bunlar, habelə digər faktlar sübut edir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi öz ordusunun Qarabağda döyüşə bilməməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə Suriyadan və digər ölkələrdən muzdlular cəlb edib. Halbuki rəsmi İrəvan məhz Bakını Qarabağa əcnəbi muzdlular cəlb etməkdə ittiham edirdi. Məqsəd aydındır – Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən muzdlu döyüşçülərdən, terrorçulardan istifadə kimi hərbi cinayətləri ört-basdır etmək.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
